Parlamentin təcili növbədənkənar sessiyası ilə bağlı xəbərlərə aydınlıq gətirilib

Parlamentin təcili növbədənkənar sessiyası ilə bağlı xəbərlərə aydınlıq gətirilib Milli Məclisin iyul ayı üçün təcili növbədənkənar sessiya çağırdığı barədə yayılan xəbərlərə aydınlıq gətirilib.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, parlamentin heç bir təcili iclası olmayacaq.
A.Təvəkküloğlunun sözlərinə görə, sadəcə olaraq, Milli Məclisin növbədənkənar sessiyası adi qaydada hələ davam edir və nöbədənkənar sessiyanın daha bir neçə iclası keçiriləcək:
"İyulun 9-12-si üçün növbəti iclasların keçirilməsi gözlənilir”.
Xatırladaq ki, iyunun 13-14-də və 27-də parlamentin növbədənkənar iclasları olub.

Tehsil-press.az

Oxşar xəbərlər