Xarici vətəndaşlar İran birjasında neft ala bilərlər

Xarici vətəndaşlar İran birjasında neft ala bilərlər İranın Birja və Qiymətli Kağızlar Təşkilatının əməkdaşlığı ilə İran neftini satın almaq üçün xarici vətəndaşların enerji birjasında iştirakına şərait yaradılıb.
Bunu İranın Milli Neft Şirkətinin Enerji Birjasındakı nümayəndəsi Əmir Hüseyn Tibyanian İRİB-ə açıqlamasında deyib.
Ə.Tibyanianın sözlərinə görə, xarici ölkələrin fiziki vətəndaşları İranın enerji birjasında xam neftin alqı-satqısında iştirak etməyə maraqlı olduqlarını bildirmişdilər.
Bundan öncə xarici ölkələrin hüquqi şəxslərinin İranın enerji birjasında iştirakına şərait yaradıldığını deyən şirkət rəsmisi bildirib ki, bundan sonra İranla ikitərəfli əlaqələri olan bütün ölkələrin fiziki vətəndaşları da enerji birjasında neft alqı-satqılarında müştəri kimi iştirak edə bilərlər.
“Bütün proseslər, o cümlədən yerli müştərilər üçün nəzərdə tutulan müştərilərin adının gizli qalması, xarici ölkə vətəndaşları üçün də nəzərdə tutulacaq” –deyə o qeyd edib.
Tibyanian əlavə edib ki, xarici ölkələrin hüquqi və fiziki şəxsləri birja kodu və xarici ölkə vətəndaşı olmaq kodu ilə alqı-satqıda iştirak edə bilərlər.
Şirkət rəsmisi deyib ki, İranın neft nazirinin göstərişinə əsasən, hər iki həftədə bir dəfə yüngül və ağır xam neft və qaz kondensatları enerji birjasında satışa çıxarılır.
Qeyd edək ki, İran 28 oktyabr 2018-ci ildən başlayaraq enerji birjasında xam neft və qaz kondensatlarını satışa çıxarıb. İndiyədək 1,085 milyon barel xam neft enerji birjasında satılıb.

Tehsil-press.az

Oxşar xəbərlər