Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi ilə tanış olub.
Burada müalicə alan uşaqlarla yaxından maraqlanan Leyla Əliyevaya onlar üçün yaradılan distant təhsil imkanı barədə məlumat verilib. Qeyd edilib ki, sözügedən layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli ümumi təhsil almaq hüququnu təmin etməkdir. Həmçinin layihə uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların İKT savadlarının artırılmasına nail olmaq, internet vasitəsi ilə müxtəlif sahələrdə inkişaf etmək və öz potensiallarını nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır.
Bildirilib ki, layihə çərçivəsində Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan və distant təhsilə qoşulmaq istəyən şagirdlər Təhsil Nazirliyi tərəfindən Azərbaycan Təhsil Şəbəkəsinə çıxış, müvafiq İKT avadanlıqları və dərs vəsaitləri ilə təmin edilib.
Leyla Əliyeva uşaqların müalicə dövründə təhsildən yayınmalarının qarşısını almaq və onların virtual mühitdə sosial həyata adaptasiyasını təmin etmək baxımından layihəni müsbət qiymətləndirib.
Layihə Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Nobel-T” şirkəti tərəfindən icra olunur.
Tehsil-press.az