Vaxtı ilə Böyük Britaniyanın Baş naziri Uinston Çörçillin istirahət etdiyi malikanə icarəyə çıxarılıb.
Tikili İngiltərənin Surrey qraflığında yerləşir. Adının açıqlanmasını istəməyən tarixi mülkün sahibi ondan hər ay 9,5 min funt sterlinq (20139.97 AZN) qazanmaq istəyir.
Obyektin icarəyə verilməsi ilə “Hamptons International Lettings” şirkəti məşğuldur. XVI əsrdə tikilən evdə 8 yataq otağı, bir neçə vanna otağı, 4 qonaq otağı var. Obyekt ikinci kateqoriyalı abidə statusuna sahibdir.
Qeyd edək ki, U. Çörçill və həyat yoldaşı Klementina orada 1915-ci ilin yayında istirahət ediblər.
Tehsil-press.az