Bu il internetin yaranmasının 50-ci ildönümü qeyd olunur. Bu məqsədlə “National Geographic” tərəfindən sənədli film hazırlanıb.
Filmdə internetin yaranma tarixi, ilk hesablama maşınları, elektron poçt, “dial-up” modemləri, internet vasitəsilə ilk canlı yayım, “Dot-com” (.com), “Nasdaq” gündəlik onlayn birja bazarı, “Google”, “Buzzfeed”, “Youtube” şirkətləri, “Friendster” “My space” kimi çat proqramları, “Facebook”, “Pinterest” “Instagram” və “Twitter” sosial şəbəkələri, “Bumble” və “Tinder” tanışlıq saytları, audio faylların paylaşılması üçün onlayn xidmət olan “Napster” haqqında məlumatlar yer alıb.
Həmçinin ABŞ-ın media xidmətləri provayderi “Netflix” şirkəti, onlayn mühitdə media fəaliyyəti, internetin doğurduğu fəsadlar və kiberhücumlar, nanotexnologiyaların gələcəyi barədə məlumat verilir. Bununla yanaşı, dünyanın nüfuzlu texnoloji şirkətlərinin nümayəndələrinin, musiqi istehsalçılarının, müğənnilərin, jurnalist və aparıcıların internetin müsbət təsirləri ilə bağlı müsahibələri öz əksini tapıb.
Sənədli filmin tam versiyasını https://www.youtube.com/watch?v=F1fJecH8uUE&feature=youtu.be linkindən izləmək mümkündür.
Tehsil-press.az