ADU-da “Xəzərdən Dunaya qədər” adlı sənədli filmin təqdimat mərasimi keçirili

ADU-da “Xəzərdən Dunaya qədər” adlı sənədli filmin təqdimat mərasimi keçirili Azərbaycan Dillər Universitetində (ADU) “Xəzərdən Dunaya qədər” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində keçirilən tədbirlər planı çərçivəsində 9 May Qələbə gününə həsr olunan tədbir Tələbə Elmi Cəmiyyəti (TEC) və Serb dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
223-cü diviziyanın komandiri olmuş Baxış Mehdiyevin “Qırmızı bayraqlı 223-cü Belqrad diviziyası” adlı kitabının motivləri əsasında lentə alınmış sənədli film Yuqoslaviyanın azad olunması uğrunda döyüşən azərbaycanlılardan ibarət 223-cü Belqrad diviziyasından bəhs edir.
ADU-nun rektoru, akademik Kamal Abdulla gənc nəslin formalaşmasında filmin böyük əhəmiyyətinin olduğunu bildirib:
“Film son dərəcə təsirlidir. Orta və yaşlı nəsil bu filmin bədii təsirini daha yaxşı hiss edir. Ən vacib məqamlardan biri odur ki, biz tariximizin bilmədiyimiz hissələrini öyrənməyə başlayırıq. Sanki yavaş-yavaş əsl tarixdən uzaqlaşırıq, onun bədii variantını dərk və qəbul edirik. Biz Mehdi Hüseynzadəyə, Həzi Aslanova minnətdar olduğumuz kimi, adlarını bilmədiyimiz minlərlə azərbaycanlı zabitlərə də minnətdar olmalıyıq. Filmdə şəhərlərin azad olunmasını yox, həm də o zaman keçirilən sevinci gördük. Sevinirəm ki, bu cür filmlərlə tariximiz tələbələrimizin yaddaşına yazılır”.
Elmi işlər üzrə prorektor dosent Sevinc Zeynalova filmin gənclərin yetişməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, bu kimi filmlərin bədii əsərlərdən, tarixi sənədlərdən fərqli olaraq maarifləndirici rol oynadığını qeyd edib.
TEC-in sədri Zəhra Hüseynova “Mərkəzlərimizi tanıdaq” layihəsi haqqında məlumat verib və bildirib ki, bu tədbir də həmin layihə çərçivəsində baş tutub.
Serb dili və mədəniyyəti mərkəzinin direktoru Lalə Məcidova mərkəz və onun fəaliyyəti, həyata keçirilən layihələr haqqında danışıb. O bildirib ki, mərkəz Belqrad Universitetində fəaliyyət göstərən “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi” ilə əməkdaşlığı çərçivəsində ADU və Belqrad Universiteti arasında əlaqələrin genişləndirilməsi ilə yanaşı, Azərbaycan və Serbiya arasında da elmi və humanitar əlaqələrin zənginləşməsinə də töhfələr verir.
Sənədli filmin rejissoru Tahir Əliyev 223-cü Belqrad diviziyasının yaranmasından söz açıb. Rejissor sənədli filmin çəkiliş prosesi, qəhrəmanları və məqsədi haqqında danışıb.
“Azərnəşr”in baş redaktoru, əməkdar jurnalist Əlövsət Ağalarov sənədli film haqqında təəssüratlarını və təkliflərini bildirib. O, tələbələrə həmin dövr qəhrəmanlarının şücaətindən nümunə götürməyi tövsiyə edib.
Təqdimat mərasimində, həmçinin Bakı Dövlət Universitetinin (BDU) Dünya ədəbiyyatı kafedrasının müdiri, serbşünas Cəlil Nağıyev iştirak edib.
Tədbir filmin müzakirəsi və sualların cavablandırılması ilə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Xəzərdən Dunaya qədər” adlı sənədli filmin təqdimat mərasimi keçiriliADU-da “Xəzərdən Dunaya qədər” adlı sənədli filmin təqdimat mərasimi keçiriliADU-da “Xəzərdən Dunaya qədər” adlı sənədli filmin təqdimat mərasimi keçiriliADU-da “Xəzərdən Dunaya qədər” adlı sənədli filmin təqdimat mərasimi keçirili

Oxşar xəbərlər