Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda 2 fevral - Gənclər Günü qeyd olunub.
AMEA-dan tehsil-press.az-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə II Fəxri xiyabanda tanınmış dilçi alim, akademik Ağamusa Axundovun məzarını ziyarət ediblər.
İnstitutda davam edən tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu müstəqil Azərbaycan gənclərini bayram münasibətilə təbrik edib, uğurlar arzulayıb.
M.Nağısoylu qeyd edib ki, Gənclər Gününün elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu, Ümummilli Liderin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsidir. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. Ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsil almaları üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov vurğulayıb ki, son illər gənclər onların qarşısına qoyulan bütün məsuliyyətli işləri yüksək səviyyədə həyata keçirirlər. Qazanılan uğurlar bir daha sübut edir ki, Azərbaycan gəncliyi sürətli inkişafa meyillidir. Bu reallıqların əsasında isə dövlətin gənclər siyasəti dayanır.
Bildirilib ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Sonra səmərəli elmi fəaliyyətlərinə görə bir qrup gənc alimə fəxri fərman, institutun ictimai həyatında fəal iştiraka görə bir qrup əməkdaşa təşəkkürnamə verilib.

AMEA-nın Mətbuat Xidməti