Gənclər yaz tətilini Respublika Debat Düşərgəsində keçirəcək

Gənclər yaz tətilini Respublika Debat Düşərgəsində keçirəcək Milli Debat Proqramı çərçivəsində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin (DVC), təşkilatçılığı ilə 23-26 Mart 2019 tarixlərində “Respublika Debat Düşərgəsi: Yaz 2019” həyata keçiriləcək.
Düşərgə “Respublika Gənclər Debat Forumu: 2019 Yaz” layihəsi çərçivəsində, debatçıların hazırlıq məqsədi ilə yanaşı, regional fəaliyyətin inkişaf etdirilməsi, gənclərin natiqlik bacarıqlarının inkişafı və ölkəmizi beynəlxalq layihələrdə təmsil edə biləcək gənclərin üzə çıxarılması, gənclərin asudə vaxtının səmərəli və intellektual səviyyədə təşkili üçün nəzərdə tutulub. “Respublika Debat Düşərgəsi: Yaz 2019”-da ümumilikdə 100-ə yaxın gəncin Masallı rayonu İstisu istirahət mərkəzində gənclər arasında milli dəyərlərin aşılanması üçün Novruz konsepsiyası üzərində hazırlanmışdır. Düşərgəyə Paytaxtla yanaşı Respublikanın digər bölgələrindən də iştirakçıların qatılması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Milli Debat Proqramı, DVC tərəfindən illərlə toplanmış təcrübəyə əsaslanaraq, debat metodologiyası vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Proqram hazırda 12 Regional Debat Mərkəzi və ümumilikdə 200 təhsil müəssisəsi ilə respublikanın 45 rayonunu və bütün böyük şəhərlərini əhatə edir. Bildirmək istərdik ki, Milli Debat Proqramı gənclərin maarifləndirilməsi və dövlətin strateji sahələrinin inkişafına dəstək verilməsi istiqamətində fəaliyyətinin 20 illiyini qeyd edir.
Düşərgədə iştirak üçün: https://www.camp.debate.az

Sahib A. Gülməmmədov
İctimaiyyətlə Əlaqələr üzrə Menecer


Oxşar xəbərlər