AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanda demoqrafik inkişafın regional problemləri üzrə araşdırma aparılır.
Tədqiqatlara əsasən, regional demoqrafik inkişafın davamlılığını müəyyənləşdirən amillər təhlil edilib, əhalinin artım tempinə görə regionların müqayisəsi aparılıb, onların davamlı demoqrafik inkişaf potensialı qiymətləndirilib, ölkə ərazisində məskunlaşma baxımından yüksək əlverişli olmayan ərazilər qeydə alınıb. Azərbaycanın regionları üzrə becərilə bilən torpaq resurslarının demoqrafik inkişaf baxımından məhdud və ya geniş olduğunu göstərən xəritə hazırlanıb. Xəritə əsasında əhalinin fizioloji sıxlığının yüksək və aşağı olduğu iqtisadi-coğrafi və inzibati rayonlar fərqləndirilib.

AMEA-nın Mətbuat Xidməti