Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti seminarında Xanım Osmanova “Abşeron iqtisadi coğrafi rayonunda bələdiyyələrin fəaliyyətinin inkişaf istiqamətləri və ərazi təşkilinin transformasiyası” mövzusunda məruzə ilə çıxış edib.
Tədqiqat işində bələdiyyələrin coğrafi rayonlaşdırılması aparılıb, sosial problemlərin həlli məqsədilə perspektiv dövr üçün əhalinin və işsiz statusa malik olanların sayının proqnozlaşdırılması, bələdiyyələrin resurs potensialı ilə büdcə gəlirlərinin asılılığı təhlil edilib. Tədqiqatçı belə qənaətə gəlib ki, ərazisi kiçik, əhalisinin sayı az olan bələdiyyələrin birləşdirilməsi və fəaliyyət göstərən iri təsərrüfat obyektlərindən yığılan vergilərin bir hissəsinin bələdiyyələrə verilməsi zəruridir.
Tədqiqatçı, həmçinin ekstrapolyasiya metodundan istifadə edərək Abşeron iqtisadi rayonunda (Bakı şəhəri nəzərə alınmadan) əhalinin və işsiz statusuna malik olanların sayını müəyyənləşdirib.
Məruzəçi iş yerləri ilə bağlı məşğulluq problemlərinin həlli üçün yerlərdə mövcud vəziyyətin öyrənilməsini vacib hesab edir.
Tehsil-press.az