Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdlərinə biologiya müəllimi Nataliya Qurbanovanın rəhbərliyi ilə AMEA-nın Botanika İnstitutunda açıq dərs keçirilib.
Açıq dərs şagirdlərin biologiya fənninə maraqlarının artırılması məqsədilə təşkil olunub. Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri Şəkər Muxtarova məktəblilərə bitkilərin növ müxtəlifliyi, Azərbaycanın Qırmızı kitabı və endem bitkiləri barədə məruzə edib. Məktəblilər Azərbaycan florasına aid endem, nadir, dərman və s. bitkilərin təbii yayılma əraziləri, onların əhəmiyyəti, mühafizə problemləri barədə geniş məlumat əldə ediblər. Dərs şagirdlərin botanika fənni üzrə qazandıqları biliklərin ümumiləşdirilməsi və dərindən mənimsənilməsi baxımından əhəmiyyətli olub.
Şagirdlərə Azərbaycanın zəngin bitki müxtəlifliyi, onların qorunmasında və tədqiqində Herbari Fondunun rolu haqqında Pərvanə Qaraxni geniş məlumat verib, onlara burada saxlanılan bəzi tarixi nüsxələr göstərilib. Həmçinin mikologiya və alqologiya üzrə yenilənmiş herbari kolleksiyası, Hirkan meşələrinin Botanika muzeyində nümayiş olunan bəzi relikt ağac növlərini əks etdirən “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi və interaktiv xəritə məktəblilərdə böyük maraq yaradıb.
Tehsil-press.az