Məhkəmə Çili Prezidentini cərimələdi

Məhkəmə Çili Prezidentini cərimələdi Pukon şəhər məhkəməsi Çili Prezidenti Sebastian Pinyeranı 4,93 milyon Çili pesosu (6,8 min $) məbləğində cərimələyib. Buna səbəb ölkə başçısının ev tikintisi zamanı qanun pozuntusuna yol verməsi olub.
Maksimum cərimə alan prezident artıq onu ödəyib.
Məhkəmə şəhər administrasiyasının evin söküntüsünə dair xahişini rədd edib. Qurum buna dair qərarın onların səlahiyyətlərinə daxil olmadığını bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər