Fransa hökuməti gender bərabərliyi qanununun pozulmasına görə Xarici İşlər Nazirliyini 450 min avro məbləğində cərimələyib. Bu barədə “La Monde” qəzeti yazıb.
Qanunvericiliyə əsasən, qadınlar nazirlikdə hakim vəzifələrin 40%-ni tutmalıdır. 2018-ci ildə bu göstərici 39%, ondan əvvəlki il isə 29% təşkil edib. Xarici siyasət idarəsində tələb olunan normaların yerinə yetirilməsi üçün rəhbərlikdə 5 qadın işçi çatışmayıb. Hər çatışmayan yerə görə məhkəmə nazirliyi 90 min avro cərimələyib. “La Monde”nin məlumatına görə, fransalı səfirlər arasında qadınlar 26%, konsullar 24% təşkil edir.
Qeyd edək ki, mövcud qanun 2012-ci ildən qüvvəyə minib. Qanun pozuntusuna görə, indiyədək ən böyük cərimə İqtisadiyyat Nazirliyinə (1,7 milyon avro) verilib.
Tehsil-press.az