Elxan Yaqubov: “Ölkədə bioloji təbabəti inkişaf etdirməliyik...”

Elxan Yaqubov: “Ölkədə bioloji təbabəti inkişaf etdirməliyik...” Bu gün dünyanın inkişaf etmiş bir çox ölkələrində özünə böyük inam və etibar qazanmış bioloji təbabət sistemli müalicə artıq Azərbaycanda da özünü təsdiqləməkdədir. Dünya səhiyyəsinin son nailiyyətlərindən olan bioloji təbabətin respublikamızda ilk tətbiqini isə özəl sektor həyata keçirib.
Azərbaycanda bioloji təbabətin inkişafı iş adamı, “Planeta” şirkətlər qrupunun rəhbəri Elxan Yaqubovun adı ilə bağlıdır. Bu ad həm respublikamızda, həm də bir sıra xarici ölkələrdə çoxlarına tanışdır. Onun ciddi səyləri artıq öz bəhrəsini verməkdədir və inamla demək olar ki, Bakı şəhərindəki Bioloji Təbabət Klinikası öz uğurlu nəticələrinə görə dünyada bu istiqamətdə fəaliyyət göstərən klinikalardan heç nə ilə fərqlənmir. Dünya standartlarına cavab verən müasir müayinə və müalicə aparatları, avtomatlaşdırılmış laboratoriya və digər tibb avadanlıqları ilə təchiz edilmiş Klinikanın bu gün bölgələrdə - Sumqayıt şəhərində, Göyçay və Masallı rayonlarında da filialları fəaliyyət göstərir. Həmin klinikalarda da Avropanın aparıcı universitetlərində təhsil almış həkim- personalı çalışır; peşəkar mütəxəssislər və münasib qiymətlər bura müraciət edənlərə keyfiyyətli xidmət göstərmək prensipinə əsaslanıb...
Elxan Yaqubov əməkdaşımızla söhbətində demişdir: “ Bioloji varlıq olan insan bioloji müalicə də almalıdır. Hippokratın belə bir sözü var: “Xəstəliyi müalicə edən həkimdirsə, onu sağaldan təbiətdir”. Yəni mərəzlərin müalicəsi təbii, bioloji təsir nəticəsində baş verir...
Bioloji təbabətin vətəni Almaniyadır. Lakin 50 ildən artıqdır ki, tək Almaniyada deyil, Avropanın bir çox ölkələrində, Amerikada, Braziliyada, Kolumbiyada, hətta, Afrika ölkələrinin bəzisində həkimlər bioloji təbabətin müalicə üsullarından istifadə edirlər. Keçən əsrin 90-cı illərindən etibarən isə bu təbabətin müalicə üsulları Rusiya, Ukrayna, Qazaxıstan və Baltikyanı ölkələrdə tətbiq olunur. Bunu nəzərə alaraq biz Almaniyanın Heel firmasına müraciət edib, onlarla müqavilə bağladıq ki, orada olan Bioloji Təbabət və Biotənzimləyici Təbabət Cəmiyyəti ilə yaxından tanış olaq, onların gördüyü işləri öyrənək. Onlar da məsləhət gördülər ki, əgər siz də bioloji təbabəti Azərbaycanda yaysanız, bunun insanların sağlamlığına böyük xeyiri ola bilər. Beləliklə, 2009- cu ildən fəaliyyətə başlayan gördüyünüz bu Bioloji Təbabət Klinikasının əsasını qoyduq...
Bu tibb avadanlıqlarına da biz birdən-birə sahib olmamışıq. Bu avadanlığa görə mən dəfələrlə xarici ölkələrə getmişəm. Hər bir tibb aparatının iş prinsipini öyrənmişik, mütəxəssislər dəvət eləmişik və s. Bir sözlə, dünya səhiyyə sistemində tətbiq olunan ən müasir, ən güclü, ən effektli diaqnostik aparatların axtarışında olmuşuq, onları klinikamıza gətirmişik. Məsələn, bizdə elə müayinə üsulları var ki, qulağın məməciyindən götürülən bir damla qanı qaranlıq sahəli mikraskopda analiz etməklə orqanizmdəki gizli qalan bir çox xəstəlik haqda məlumat ala bilirik. Hansı ki, bu məlumatları heç bir başqa laboratoriyada etmək olmur...
Azərbaycanda 2001-ci ilə qədər bioloji təbabət üzrə mütəxəssis çox az idi. Biz klinika yaranan gündən etibarən dünyanın məşhur həkimlərini Azərbaycana dəvət etdik, burada pulsuz seminarlar, kurslar təşkil etdik və bu tədbirlərdə iştirak edən azərbaycanlı həkimlər bioloji təbabətlə müalicə yollarını öyrənməyə başladılar. Bu gün də həmin ənənəni davam etdiririk. Bu günə qədər həmin seminarlarda respublikamızın müxtəlif bölgələrindən olan 7000-dən çox həkim iştirak edib. 92 saatlıq bütöv kursu isə 5000-dən çox həkim bitirib və sertikifat alıb. Artıq onlar bioloji təbabətlə müalicə etməyi bacarırlar. Biz belə seminarları Almaniyadan, İsveçrədən, habelə, başqa xarici ölkələrdən dəvət etdiyimiz yüksək ixtisaslı həkimlərlə təkcə Bakıda deyil, Azərbaycanın bir çox şəhərində, o cümlədən, Gəncə, Mingəçevir,Göyçay, Bərdə, Sumqayıt, Naxçıvanda da təşkil etmişik. Sonra da bölgələrdə BiolojiTəbabət Klinikasının filiallarını yaratdıq...
Bioloji təbabətdə istifadə olunan preparatlar Almaniyanın əczaçılıq zavodlarında xüsusi texnologiyalar əsasında hazırlanır və həm kəskin, həm də xroniki xəstəliklərin müalicəsində istifadə edilir. Bu preparatların, demək olar ki, əlavə təsiri olmur. Yəni müalicə zamanı qaraciyərə, böyrəklərə və s. orqanlara heç bir zərər dəymir. Hazırda dünyada müalicəsi çətin olan bir sıra xəstəlik var ki, məsələn: qırmızı qurd eşənəyi, psarioz, bel yırtığı, sakalios, dağınıq skleroz, poliartrit, artroz, osteoxandroz və başqaları həmin o bitki, heyvan mənşəli preparatların köməkliyiylə tam müalicə etmək mümkündür...
İnsan üçün ən qiymətli olan can sağlamlığıdır. Onunla bağlı bir problem hiss etdikdə nə qədər həkimə tez müraciət etsə, bir o qədər müsbət nəticəsi olar. Təəssüf ki, coxları buna əməl eləmir, həkimə gec müraciət edir. Bu hal xüsusiylə xalqımız üçün xarakterikdir. Məsələn, əksər insanlar ağrılara, tutaq ki, bel, kürək, boyun, yaxud da baş ağrılarına ciddi yanaşmır. Lakin unutmaq olmaz ki, əgər bədəndə davmlı ağrılar varsa və bu ağrılar həyat fəaliyyətinə mane olursa, mütləq həkimə müraciət olunmalıdır. Ağrılar, belə desək, orqanizmin həyacan təbilidir. O, bədənin hansısa hissəsində problemin yaranması ilə bağlı sizi xəbərdarlıq edir...
Bioloji Təbabət Klinikasını məhz xalqımıza keyfiyytli tibbi xidmət göstərmək üçün yaratmışıq. Əlimizdən gələni edirik, çalışırıq bioloji təbabəti Azərbaycanda inkişaf etdirək ki, həmvətənlərimiz, müalicəsi çətin olan bir sıra xəstəliklərə görə böyük pullar xərcləyib xarici ölkələrə üz tutmasınlar. Bizə müraciət etsinlər və şəfa tapsınlar... “.
Bəli, dəqiq diaqnostika, xəstəliklərin müalicəsində uğurlu nəticələr, orqanizmə vahid sistem kimi yanaşaraq zərərsiz, tam təbii üsullarıyla xəstəliyi aradan qaldırmaq Bioloji Təbabət Klinikasının məqsəd və məramıdır. Bioloji Təbabət Klinikasına müraciət edənlər onun ecazkar müalicə üsullarından həm şəfa tapır, həm də burada çalışanlardan, xidmətin səviyyəsindən razılıq edirlər.
Ünvan: Baki ş. , 3-cü mkr. , Pişəvəri küçəsi-110 ( Əcəmi metrosunun yanı) .
Tel: (012 ), (050), (055), (070) 430 89 89.
www.btk.az

Səyadulla Kərimli


Oxşar xəbərlər