Qasırğa qurbanlarının sayı daha da artdı - Video

Qasırğa qurbanlarının sayı daha da artdı - Video Baham adalarında hökm sürən “Dorian” qasırğası səbəbindən ölənlərin sayı daha da artıb.
Qasırğa 30 nəfərin həyatına son qoyub. Bu barədə “CNN” telekanalının efirində ada dövlətin Baş Naziri Hyubert Minnis məlumat verib.
Dövlət rəsmisinin sözlərinə görə, arxipelaqda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Minnis bildirib ki, yerli aviadaşıyıcılar Baham adalarının bəzi sakinlərinə fəlakət zonasını tərk etmələri üçün pulsuz biletlər verəcək.



Tehsil-press.az

Oxşar xəbərlər