29 noyabr 2017-ci il tarixdə Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Kooperasiya Universitetinin təşkilati dəstəyi ilə “Gənc Kooperatorların II Liderlik Məktəbi” layihəsinin açılış mərasimi və ilk təlimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun aparıcı məsləhətçisi Rahim Rəhimov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Tədris İşləri üzrə prorektoru, dosent Fikrət Quliyev, “Gənc Kooperatorların II Liderlik Məktəbi” layihəsinin rəhbəri, Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Qoşqar Rzayev, Bakı Biznes Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Cavidan Heydərov, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Rəsul Həşimov, Bakı Humanitar Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Şəfiqə Hənifəyeva, layihənin təlimçisi, Azərbaycan Kooperasiya Universiteti İdarəetmə fakültəsinin dekanı, dosent Nadir Kərimov və 240 nəfər tələbə iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan "Gənc Kooperatorların II Liderlik Məktəbi” layihəsinin rəhbəri, Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov qonaqları və tədbir iştirakçılarını salamlamış, layihənin məqsədi haqqında geniş məlumat vermişdir. Layihə rəhbəri qeyd etmişdir ki, 3 gün ərzində keçiriləcək Gənc Kooperatorların II Liderlik məktəbində müəyyən təlimçilərin iştirakı ilə gənclər arasında təbliğat işlərinin aparılması, liderlik duyğularının üzə çıxarılması nəzərdə tutulub.
Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Tədris İşləri üzrə prorektoru, dosent Fikrət Quliyev, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Qoşqar Rzayev, Bakı Biznes Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Cavidan Heydərov, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Rəsul Həşimov və digər çıxışçılar qeyd etdilər ki, insanlıq tarixində liderliyin çox böyük rolu vardır. Güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçmiş və tarixi uğurlar əldə etmişlər. Lakin liderlik keyfiyyətləri təkcə dövlət başçıları, siyasi xadimlər üçün yox, hər bir şəxsiyyət üçün vacibdir. Hər kəs işlədiyi yerdən asılı olmayaraq, liderlik keyfiyyətlərinə malik olmalı və bunun üçün öz üzərində daim çalışmalıdır.
Hər bir müəssisənin, kollektivin, təşkilatın uğuru ona rəhbərlik edən şəxsin liderlik bacarığından çox asılıdır. “Gənc Kooperatoların II Liderlik Məktəbi” layihəsi çərçivəsində də məhz liderlik bacarıqlarının gənclər arasında təsbit olunması nəzərdə tutulmuşdur.
Tədbirin rəsmi açılış mərasiminindən sonra layihənin təlimçisi, Azərbaycan Kooperasiya Universiteti İdarəetmə fakültəsinin dekanı, dosent Nadir Kərimovun rəhbərliyi ilə layihənin ilk təlimi keçirilb.

İctimaiyyətlə əlaqələr şöbəsi