ABŞ Bahama 4 milyon dollar ayıracaq

ABŞ Bahama 4 milyon dollar ayıracaq ABŞ “Dorian” qasırğasından zərər çəkmiş Baham adalarına bərpa olunmaqda kömək edəcək. Humanitar yardımla yanaşı, Vaşinqton təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 4 milyon dollar ayıracaq. Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin direktoru Mark Qrin Dövlət Departamentində brifinq zamanı məlumat verib.
“Vasait müvəqqəti sığınacaqlar, medikamentlər, ərzaq, zərərçəkmişlərə psixoloji köməyin göstərilməsinə xərclənəcək. Biz, həmçinin, loqistika və telekommunikasiyanın yaradılmasında köməklik göstəririk”, - məlumatda deyilib.
Bahamda əhaliyə agentliyin 100-dən çox əməkdaşı yardım edir. 47 ton çəkisi olan ilk humanitar yardım tezliklə sakinlərə veriləcək.
Xatırladaq ki, sentyabrın 1-də arxipelaqda baş qaldıran “Dorian” qasırğası bu günədək 50 nəfərin həyatına son qoyub.

Tehsil-press.az

Oxşar xəbərlər