Afrikada NÖVBƏTİ BƏLA - Yeni virus aşkarlandı

Afrikada NÖVBƏTİ BƏLA - Yeni virus aşkarlandı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) naməlum xəstəlikdən baş vermiş son ölüm hadisəsini araşdırmaq üçün Tanzaniyaya mütəxəssislərdən ibarədə xüsusi qrup göndərib.
Daha öncə bu ölkədə bir nəfərin naməlum xəstəlikdən qəribə simptomlarla ölməsi barədə xəbər yayılmışdı. Belə ki, ilkin təhlillər zamanı bir qadında həm "Ebola", həm "Denge" və malyariya qızdırmasının simptomları müşahidə edilib. Qadının həyatını xilas etmək mümkün olmayıb.
ÜST hadisə ilə bağlı ətraflı məlumat üçün Tanzaniya Səhiyyə Nazirliyinə müraciət edib. Araşdırmaların nəticəsi barədə qısa zamanda məlumat veriləcəyi qeyd edilib.

Tehsil-press.az

Oxşar xəbərlər