Kiyevdə azərbaycanlı alimin kitablarının təqdimatı olub

Kiyevdə azərbaycanlı alimin kitablarının təqdimatı olub Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının ofisində azərbaycanlı alim, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Atayevin Ukrayna dilinə tərcümə olunmuş kitablarının təqdimatı olub. Həmçinin “Azərbaycan-Ukrayna münasibətləri dünya geosiyasəti prizmasında: Tarix və müasirlik” adlı elmi konfrans keçirilib.
Tədbirdə çıxış edən T.Atayev Ukrayna və Azərbaycanın həm tarix, həm də çoxmillətlilik və tolerantlıq baxımından çox oxşar olduğunu bildirib. O deyib ki, müəyyən proseslərin izahı üçün tarixi-siyasi proseslərə geri qayıtmaq lazımdır və bunların tədqiqatı aparılmalıdır. Tədbirin digər iştirakçıları çıxışlarında Azərbaycan ilə Ukrayna arasında tarixi dostluqdan, strateji tərəfdaşlıqdan söhbət açıblar.
Tədbirdə yazıçılar, jurnalistlər, ictimai xadimlər, professorlar, Azərbaycan diasporunun və yerli ictimaiyyətin rəhbərləri, Ukrayna Mədəniyyət Nazirliyinin rəsmisi iştirak edib.
Qeyd edək ki, T.Atayev Ukraynanın müxtəlif universitetlərində mühazirələr oxuyur.

Tehsil-press.az



Oxşar xəbərlər