Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Əməkdar təhsil işçisi, hüquq elmləri doktoru, soydaşımız Arif Quliyev Ukrayna Milli Elmlər Akademiyasının 100 illik diplomu ilə təltif edilib.
Diplomu təqdim edən Ukrayna Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Anton Naumovetsin sözlərinə görə, A.Quliyev təkcə Azərbaycanın deyil, həm də Ukrayna elminin inkişafına öz töhfəsini verən alimdir. Onun 200-ə yaxın elmi məqaləsi, 7 monoqrafiyası Ukraynanın elmi nəşrlərində çap olunub. Əsasən də beynəlxalq terrorizmlə mübarizə mövzusu A.Quliyevin elmi işlərinin ana xəttini təşkil edib.
Tehsil-press.az