Həbibin növbəti döyüşünün vaxtı açıqlandı

Həbibin növbəti döyüşünün vaxtı açıqlandı UFC çempionu Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtı açıqlanıb.
Rusiyalı döyüşçünün növbəti görüşü gələn ilin mart və ya aprel ayında baş tutacaq.
Bu barədə Nurməhəmmədovun meneceri Rizvan Maqomedov məlumat verib. Döyüşün harada keçiriləcəyi isə dəqiq bilinmir.
Qeyd edək ki, bir müddət əvvəl açıqlama verən Həbib Nurməhəmmədov növbəti döyüşünü Rusiyada keçirmək istədiyini bildirmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər