Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyi Avropa Komissiyası ilə birgə keçirdiyi “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq Layihəsi çərçivəsində “Təlim nəticələrinin yazılması və qiymətləndirilməsi” mövzusunda seminar keçirilib.
Qeyd edək ki, seminarın universitet üzrə təşkilatçısı Tədris Departamentinin direktoru, dosent Sənan Əliyevdir.
Seminarın məqsədi iştirakçıların tədrisin müasir metodikası, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi haqqında məlumatlandırılmasıdır.
Seminarda ADPU-nun Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin baş məsləhətçisi Azad Axundov, universitetin müvafiq şöbələrinin əməkdaşları və Tvinninq Layihəsi üçün seçilmiş ixtisaslar üzrə çalışan professor-müəllimləri, Sumqayıt Dövlət Universitetinin əməkdaşları iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov Beynəlxalq layihələrdə iştirak etməyimiz bizi qarşıya qoyduğumuz hədəf və məqsədlərə yaxınlaşdırır. Hədəfimiz təhsilin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması, ölkənin və regionun ən yaxşı universitetlərindən biri olmaqdır. Bu baxımdan, Tvinninq layihəsi mühüm əhəmiyyət kəsb edir.
Sonra Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin baş məsləhətçisi Azad Axundov və Tvinninq Layihəsinin koordinatoru Yelizaveta Bıdanova çıış edərək seminarın məqsədi barədə məlumat verib, iştirakçılara uğurlar arzulayıblar.
Seminarda Tvinninq Layihəsinin eksperti Mara Jure (Latviya) Təlim nəticələrinin yazılması və qiymətləndirilməsinə dair təqdimatla çıxış edib. Təqdimatla çıxış edən Mara Jure bildirib ki, təlimin məqsədi müəllim fəaliyyətlərini səciyyələndirmək və tələbənin təlim nəticəsində əldə etdiklərini nümayiş etdirməkdir. Təlim məqsədlərindən ümümi təlim nəticələrinin əldə edilməsi məqsədilə spesifik mövzuları, yaxud fərdi təlim fəaliyətlərinin təşkil edilməsində istifadə olunur.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi