Tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilib

Tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilib Bakı Dövlət Universitetində “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində “Tələbəyönümlü təhsil yanaşması əsasında təhsil proqramlarının təkmilləşdirilməsi” mövzusunda növbəti seminar keçirilib.
Təhsil Nazirliyinin Avropa Komissiyası ilə birgə keçirdiyi seminarı BDU-nun Keyfiyyətin təminatı, monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Vaqif Qasımov açaraq onun işinə uğurlar arzulayıb. Fransa, Litva və Latviyadan olan ekspertlərin də iştirak etdiyi tədbirdə Təhsil Nazirliyinin böyük məsləhətçisi Azad Axundov, Tvinninq layihəsinin koordinatoru Lisa Budanova tələbəyönümlü təhsil konsepsiyası və bu konsepsiya əsasında tədris prosesinin təşkili barədə danışıblar.
Tədbirdə 9 pilot ixtisas üzrə (kimya mühəndisliyi, kimya müəllimliyi, informatika müəllimliyi, riyaziyyat müəllimliyi, kompüter elmləri, biologiya, ekologiya, coğrafiya və fizika) 7 fakültənin əməkdaşları, o cümlədən dekanlar, fakültə Tədris Metodiki Şuranın sədrləri, dekan müavinləri, kafedra müdirləri, ixtisaslar üzrə təşkil olunmuş komissiya üzvləri və Sumqayıt Dövlət Universitetinin əməkdaşları iştirak ediblər.

BDU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər