Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir

Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir Şamaxı Olimpiya İdman Kompleksində 5-6 oktyabr tarixlərində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə VII açıq Respublika turniri keçirilib.
Oxuməni.az-ın verdiyi xəbərə görə, yarışdan əvvəl Oleq Krapivin, Azərbaycan Güləş Federasiyasının (AGF) İdman şöbəsinin müdiri Yaqub Məmmədov və AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyevin iştirakı ilə məşqçilər üçün seminar baş tutub. Tədbirdə rəsmi şəxslər idman prinsiplərinə və nizam-intizam qaydalarına riayət etməyin vacibliyini dilə gətirməklə yanaşı, yarışın reqlamentini və digər məsələləri iştirakçıların diqqətinə çatdırıb. Daha sonra püşkatma mərasimi keçirilib. Turnirdə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kiloqram çəki dərəcələrində ümumilikdə 350-dən artıq güləşçi mübarizə aparıb.
Turnirin təşkilatçısı Azərbaycanı bütün dünyaya tanıdan həmyerlimiz Oleq Krapivin olub. Məhz respublikamızda, o cümlədən Şamaxıda güləşin inkişaf etdirilməsində Oleq Krapivinin xidmətləri olduqca böyükdür. Bu yarış da məhz məşhur idmançının öz vəsaiti hesabına təşkil edilib.
Xatırladaq ki, Oleq Krapivin 29 sentyabr 1960-cı ildə Azərbaycanın qədim şəhəri Şamaxının Şəhriyar qəsəbəsində anadan olub. O, kiçik yaşlarından tərbiyəsi və davranışı ilə həmyaşıdlarına nümunə olub. Dərsdən kənar vaxtlarda o, idman klubuna gələr, saatlarla idmançıların məşqlərinə tamaşa edərdi. Bir müddətdən sonra Oleqgilin ailəsi Bakının Sabunçu, sonralar isə Bakıxanov qəsəbəsinə köçür. Oleq idmana bütün varlığı ilə bağlandığı üçün təhsilini davam etdirməklə yanaşı, sərbəst güləşlə də məşğul olur. O, tanınmış idmançı, Azərbaycan güləşinin inkişafında əvəzsiz rol oynamış SSRİ idman ustası Oqtay Hüseynovun qrupunda məşq edir. Gənclər arasında Respublika yarışlarında Oleq Azərbaycan çempionu adına layiq görülür. Bundan əlavə Oleq Krapivin dəvələrlə beynəlxalq yarışların qalibi olub. Məşhur güləşçi ahıl yaşlarında da güləşlə məşğul olmaqda davam edir. Belə ki, o veteranlar arasında keçirilən beynəlxalq yarışlarda iştirak edərək yenidən özünün tükənməz gənclik enerjisinə malik olduğunu sübuta yetirir. Bu baxımdan 2007-ci il Oleqin həyatında ən əlamətdar il olur. O, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə Dünya çempionu adını qazanır. Bu, yüksək göstəricilərinə görə o, respublika rəhbərliyinin mükafatına layiq görülür. Oleq yaşadığı ölkənin paytaxtı Kiyev şəhərində azərbaycanlı uşaqlar üçün “Bazar günü məktəbi” təşkil etmiş, eyni zamanda uşaqların fiziki cəhətdən sağlam böyüməsi üçün idman kompleksi tikdirmişdir.
Turnirin təşkilat komitəsinin üzvü, məşhur güləşçi olimpiya çempionu Namiq Abdullayev “Oxu məni” qəzetinə verdiyi açıqlamasında deyib ki, yarışlarda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, İran, Qazaxıstan və Qırğızıstandan ümumilikdə 400-ə yaxın güləşçi mübarizə aparıb. O qeyd edib ki, yarışlarda mükafata layiq yerlər tutan idmançılara pul mükafatı verilib. Abdullayev qeyd edib ki, bundan əlavə yarışlarda iştirak edən əksər güləşçilərə həvəsləndirici mükafatlar da təqdim edilib. Namiq Abdullayev onu da xüsüsi vurğulayıb ki, yarış iştirakçılarının bütün xərcləri həmyerlimiz, məşhur güləşçi, Əməkdar bədən tərbiyəsi xadimi Oleq Krapivin tərəfindən ödənilib: “Turnirdə bəzi ölkələr, o cümlədən İran, Rusiya və Qazaxıstan iki komanda ilə iştirak ediblər. Mən əminəm ki, bu yarışlarda iştirak edən yeniyetmələr arasından ölkəmizi bütün dünyaya tanıdacaq Olimpiya, Avropa və Dünya çempionları yetişəcək”.
Onu da xatırladaq ki, mərasim iştirakçıları öncə Heydər Əliyevin abidəsini ziyarət edərək oraya gül dəstələri qoyublar. Bundan əlavə onlar Heydər Əliyev Mərkəzini də ziyarət ediblər.
Turnirin açılış mərasimindən əvvəl yeniyetmə güləşçilər arasında ilkin mərhələnin seçmə yarışları keçirilib. İlkin mərhələ yarışlarında qalib gələnlər növbəti mərhələdə çıxış etmək imkanı əldə ediblər. Daha sonra Şamaxı Olimpiya İdman Kompleksində turnirin açılış mərasimi keçirilib. Açılış mərasimi idmançıların paradı ilə başlayıb və Azərbaycanın dövlət himni səsləndirilib. Açılış mərasimində çıxış edən Şamaxı Gənclər və İdman İdarəsinin rəhbəri Şahmar Hüseynov respublikamızda, o cümlədən Şamaxıda güləşin inkişaf etdirilməsində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin böyük xidmətlərinin olduğunu vurğulayıb və ona bu əməyinə görə təşəkkürünü bildirib. Sonra o sözü Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova verib. Tahir Məmmədov respublikamızda idmanın inkişafında ölkə rəhbərliyinin böyük xidmətlərinin olduğunu və bu sahənin daim diqqət mərkəzində saxlanıldığını bildirib. O deyib ki, bunun da nəticəsində idman sahəsində ölkəmizi dünyaya tanıdan məşhur idmançılar yetişib. İcra başçısı həmçinin Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin respublikamızda, o cümlədən onun ana yurdu olan Şamaxıda güləşin inkişaf etdirilməsində roluna və belə bir möhtəşəm turnirin keçirilməsində xidmətlərinə görə ona razılığını bildirib.
Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivin öz çıxışında Azərbaycanı daima doğma vətəni saydığını deyib və respublikamızda idmanın inkişaf etdirilməsini diqqət mərkəzində saxladığına görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. Krapivin həmçinin ölkəmizdə, o cümlədən anadan olduğu doğma Şamaxıda idmanın inkişafına azacıq da olsa töhfə verməsindən qürur duyduğunu vurğulayıb və idmançılara uğurlar arzulayıb.
Tədbirdə millət vəkili Fuad Muradov, iqtisad elmləri doktoru, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev və professor, millət vəkili Rüfət Quliyev çıxış edərək respublika rəhbərliyinin ölkəmizdə idmanın inkişafını diqqət mərkəzində saxladığını bildiriblər. Eyni zamanda çıxış edənlər belə möhtəşən turnirin keçirilməsində xüsusi rolu olan Oleq Krapivinə bir daha təşəkkür ediblər. Çıxışlardan sonra Azərbaycanda güləşin inkişafında xidmətlərinə görə, Krapivinə Olimpiya qəzetinin xüsusi kuboki təqdim edilib. Bundan əlavə Qazaxıstan nümayəndə heyəti tərəfindən Krapivinə qazax milli geyimi təqdim edilib.
Açılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra yerli rəqqaslar milli rəqsdə məharətlərini göstəriblər. Oleq Krapivinin dəvəti ilə Şamaxıya gəlmiş, Ukraynada yaşayan soydaşımız, müğənni Vaqif Nağıyevin ifasından sonra turnir davam edib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Şərif Ulu Bilal (45 kq, Qırğızıstan), Elşən Babayev (48 kq, Azərbaycan), Əbdülrəhman İbrahimov (51 kq, Azərbaycan), Əli Qolizadeqav (55 kq, İran), Məmməd Əhmədov (60 kq, Azərbaycan), Əhməd Zaburbekov (65 kq, Rusiya), Osman Mintulayev (71 kq, Rusiya), Əmirəli Sabuteh (80 kq, İran), Xəlil Allahverdiyev (92 kq, Azərbaycan) və Səid-Hüseyn Əhmədov (110 kq, Rusiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, komanda hesabında Azərbaycan birinci, İran ikinci, Rusiya isə üçüncü yeri tutublar.
Yarışları işıqlandıran əməkdaşımız turnirin təşkilat komitəsinin üzvləri, o cümlədən məşhur güləşçi Oleq Krapivindən “Oxu məni” qəzeti üçün qısa müsahibələr götürüb. Turnir haqqında onların ürək sözləri ilə oxucularımızı tanış edirik.
Oleq Krapivin (Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, sərbəst güləş üzrə Azərbaycan çempionu, 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə Dünya çempionu)
- Azərbaycanda güləşin və idmanın digər növlərinin inkişaf etdirilməsi ölkə rəhbərliyinin daimi diqqət mərkəzindədir. Bunun da nəticəsində Azərbaycan idmançıları arasından olimpiya, dünya və Avropa çempionları çıxmaqdadır. Ölkə rəhbərliyi səviyyəsində idmançılara göstərilən diqqət və qayğını mən də daim öz üzərimdə hiss etmişəm və buna görə hörmətli prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Turnirin keçirilməsində Respublika Güləş Fedrasiyasının da böyük xidmətləri var və onlara bu işdə göstərdikləri yardıma görə ürəkdən minnətdaram. Mən fəxr eləyirəm ki, məşhur güləşçilər yetişdirən Şamaxıda anadan olmuşam və hər yerdə özümə böyük hörmət və rəğbət görmüşəm. Güləşdə ən böyük uğurlarımı da Azərbaycanda qazanmışam, respublika çempionu olmuşam. Mən bu gün də Azərbaycana ürəkdən bağlıyam və döğma vətənimdə güləşin inkişafına öz töhfəmi verməyə çalışır və bundan böyük zövq alır, eyni zamanda bundan qürur hissi keçirirəm. Şamaxıda keçirilən turnirdən də məqsəd ölkəmizdə güləşin daha da inkişaf etdirilməsinə, gələcəyin çempionları olacaq gənclərin istedadlarının üzə çıxmasına yardım etməkdir. Builki turnirdə də dünyanın 7 ölkəsindən 350-dən artıq güləşçi iştirak edib. Yaşadığım Ukrayna da yarışlarda 35 nəfərlə təmsil olunub. Əminəm ki, bu turnirdə iştirak edən güləşçilər arasından Avropa, dünya və olimpiya çempionları çıxacaq. Azərbaycan mənim doğma vətənimdir, mən buraya bütün varlığımla bağlıyam, buranın insanlarını sevirəm. Azərbaycanda da hər yerdə özümə qarşı hörmət və məhəbbət görmüşəm. Şamaxıda güləş turnirinin keçirilməsi ilə mən vətənimə, Azərbaycanıma, anadan olduğum yurduma öz mənəvi, vətəndaşlıq borcumu azacıq da olsa verməyə çalışıram və bu işdə mənə dəstək verənlərin hamısına öz dərin təşəkkürümü bildirirəm.
Xəzər İsayev (Milli Olimpiya Komitəsinin vitse-prezidenti)
-Azərbaycanda idmanın ən yüksək səviyyədə inkişaf etdirilməsi prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və respublikamızı dünyada tanıdacaq çempionların yetişməsi üçün onlara bütün şərait yaradılıb. Bunun da nəticəsində hər ölkəmiizn idmançıları arasında dünya, Avropa çempionları çıxır və onların şərəfinə də dövlət himnimiz səsləndirilir. Bu baxımdan sevindirici haldır ki, respublikamızın güləşçiləri beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edirlər. Təbii ki, Şamaxıda keçirilən və sayca 7-ci olan Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, sərbəst güləş üzrə Azərbaycan çempionu, 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə Dünya çempionu Oleq Krapivin adına turnir də gələcəyin Avropa Dünya və Olimpiya çempionları yetişdirilməsinə xidmət edir. Belə bir müqəddəs işə öz töhfəsini verdiyi üçün Oleq Krapivinə öz minnətdarlığımı bildiriəm. Əminəm ki, Krapivinin təşkilatçılığı və dəstəyi ilə keçirilən bu turnirin qalibləri gələcəkdə beynəlxalq yarışlarda respublikamızı ləyaqətlə təmsil edəcək və onlar arasından çempionlar çıxacaq.
Namiq Abdullayev (Sərbəst güləş üzrə Olimpiya çempionu, Güləş Federasiyasının vitse-prezidenti)
- Respublikamızın ən qədim şəhərlərindən biri, həm də mədəniyyətimizin, incəsənətimizin, Azərbaycan dövlətçiliyinin mərkəzlərindən olan Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə VII açıq Respublika turnirinın keçirilməsi ölkəmizdə idmanın bu növünün daha da inkişaf etdirilməsinə xidmət edir. Turnirdə 7 ölkədən, o cümlədən Azərbaycan, Ukrayna, Gürcüstan, Rusiya, İran, Qazaxıstan və Qırğızıstandan 400-ə yaxın yeniyetmə güləşçi iştirak edib. Sevindirici haldır ki, respublikamızın yeniyetmə güləşçiləri bu möhtəşəm turnirdə komanda hesabında birinci yeri tutaraq. Rusiya və İran kimi ənənəvi güləş ölkələrini özündən geridə qoya bilib. Turnirdə ilk 3 yeri tutan yeniyetmə güləşçilərimiz respublika birinciliyində iştirak etmək hüququ qazanıblar və onlar eyni zamanda doğma komandamızın keçirəcəyi təlim məşq toplanışlarına dəvət ediləcəklər. Mən respublikamızda idmanın güləş növünün daha da inkişaf etdiirlməsinə verdiyi töhfəyə görə, hörmətli Oleq Krapivinə təşəkkür edirəm. Əminəm ki, onun təşkilatçılığı və dəstəyi ilə keçirilən bu turnirin iştirakçıları arasından dünya və olimpiya çempionları yetişəcək.
Rüfət Quliyev ( Millət vəkili)
- Qədim yurd yerimiz, dövlətçiliyimizin mərkəzi olan Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə VII açıq Respublika turnirinın keçirilməsində iştirak etməkdən millət vəkili, professor, elm xadimi kimi çox böyük qürur hissi keçirirəm. Həqiqətən də 7 ölkədən gələn 400-ə yaxın yeniyetmə güləşçinin iştirakı ilə keçirilən turnir öz möhtəşəmliyi ilə seçilir. Turnir Azərbaycanda istedadlı güləşçilərin üzə çıxarılmasında şübhəsiz ki, böyük rol oynayacaq. Azərbaycanda idmanın inkişaf etdirilməsi ölkə rəhbərliyinin, o cümlədən hörmətli prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Məhz onların idmançılarımıza göstərdiyi qayğının nəticəsidir ki, Azərbaycan dünyanın idman ölkələrindən birinə çevrilib. Şamaxıda keçirilən bu möhtəşəm turnirin iştirakçılarının respublikamızı beynəlxalq yarışlarda ləyaqətlə təmsil edəcəyinə böyük ümidlər bəsləyirəm. Bu möhtəşəm turnirin keçirilməsində müstəsna, olduqca böyük xidmətləri olan Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, hamımızın sevimlisi olan hörmətli Oleq Krapivinə təşəkkür edir, ona öz dərin minnətdarlığımı bildirirəm.
“Oxu məni” qəzetinin Baş redaktoru Emin Axund və dostu Ədalət hörmətli Oleq Krapivini ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və həyatında daha böyük uğurlar arzulayırlar.

Əziz Mustafa
Murad Şahməmmədov


Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir
Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir
Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir
Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir
Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir
Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir
Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir
Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir
Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir
Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir
Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir
Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir
Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir
Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir
Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir
Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir
Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir
Oleq Krapivin adına turnir Azərbaycanda gələcəkdə Avropa, dünya və olimpiya çempionları yetişməsinə xidmət edir

Oxşar xəbərlər