"Dinlə-düşün-tətbiq et !"

Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin yekunlarına əsasən, ümumtəhsil məktəbləri üzrə layihələrindən biri, Sumqayıt şəhər Təffəkkür liseyinin qalib olduğu " Dinlə - düşün - tətbiq et!” layihəsidir. İcra planına əsasən, layihə senyatbr ayından Sumqayıt şəhərinin 20 nəfər xarici dil müəllimlərinə “dinləyib-anlama” məzmun xətti üzrə təlimlərə başlamışdır. Təlimlər dekabr ayınadək davam edəcək.
Məlumdur ki, elm və texnikanın inkişaf etdiyi audio və e-dərsliklərin geniş yayıldlğı bir dövrdə biz çox vaxt məlumatları səsli informasiya şəkilində qəbul etməli oluruq. Şagirdlər dərs prosesində müəllim şərhini dinləyir, diskussiya və debatlarada əks tərəfin fikirlərini dinləyərək ona anladığı tərzdə münasibət bildirməli olur. Odur ki, xüsusilə də xarici dillər istiqamətində "dinləyib-anlama” bacarıqlarının şagirdlərin gələcək həyatında rolu getdikcə artır. Dinləmənin məqsədi informasiyanı qəbul edərək anlamaqdır və dinləmə prosesi yüksək səviyyədə sürətli diqqəti tələb edir. Belə ki, dinləmə materialının anlaşılmayan hissələrini dəfələrlə eşitmək imkanı verilmir. Bu faktlar göstərir ki, məktəblərin xarici dil müəllimləri "dinləyib-anlama " məzmun xətti üzrə bacarıqları formalaşdırmaq, şagirdlərin bacarıqlarını effektli vərdişə çevirmək üçün mütəmadi olaraq xüsusi təlmlərdən keçməli, peşəkarlıq istiqamətlərini artımalıdırlar.
Qeyd edək ki, layihə hazırda Sumqayıt şəhərinin ümumtəhsil məktəblərinin 20 nəfər xarici dil müəllimi üçün nəzərdə tutulub, əsas məqsəd xarici dil fənindən "dinləyib – anlama” bacarıqlarının artırılması istiqamətində fənn müəllimlərinə mentor dəstəyinin göstərir. Etwinning üzrə Azərbaycan səfiri Aliyə Ağayeva və İTE təhsil təşkilatının peşəkar mentoru Aidə Ələkbərova müəllimlərə müsair dərs prosesinin qurulması, etvinning portalında layihələrin açılması və idarə olunması üzrə təlimlər keçir.
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Tehsil-press.az

Oxşar xəbərlər