Ermənistan yeni “Doing Business” hesabatında altı pillə geriləyib

Ermənistan yeni “Doing Business” hesabatında altı pillə geriləyib Ermənistan Dünya Bankının “Doing Business 2020” hesabatında altı pillə geriləyib. Bu geriləmə ölkədə sərmayə mühitinin və azad biznes üçün şəraitin pisləşməsinin nəticəsidir.
Qeyd olunur ki, ötən il “Doing Business 2019” hesabatında 41-ci yeri tutan Ermənistan bu il reytinq cədvəlində 47-ci yerə düşüb. Belə ki, Dünya Bankının Yerevan ofisinin rəhbəri Silvi Boustro keçən il bu ölkənin hesabatda irəliləməsini əmlak alqı-satqısı prosedurunun sadələşdirilməsi, vergi sistemində dəyişikliklərlə izah etmişdi. Ermənistanın builki düşüşünün səbəbi isə hələ bu ofis tərəfindən açıqlanmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər