Portuqaliyanın üç ali məktəbi dünyanın ən yaxşı təhsil ocaqları siyahısına salınıb

Portuqaliyanın üç ali məktəbi dünyanın ən yaxşı təhsil ocaqları siyahısına salınıb Britaniyanın “Financial Times” nəşri Portuqaliyanın üç biznes məktəbini – “Nova School Business and Economics” (“Nova SBE”), “Católica-Lisbon” və “Porto Business School”u dünyanın ən yaxşı təhsil ocaqları siyahısına daxil edib.
Düzdür, reytinqə görə Portuqaliya məktəbləri ilk onluqdan xeyli uzaqdadırlar. “Nova SBE” ötən il olduğu kimi yenə də 57-ci yerdədir. “Católica” 13 mövqe aşağı düşərək 63-cü sıradadır. “Porto Business School” isə 7 mövqe qalxaraq 76-cı yerdə qərarlaşıb. Reytinqə Amerika, Britaniya, Çin və Fransa ali məktəbləri liderlik edirlər.
Biznes məktəblərinin sıralaması məzunların karyera yüksəlişi, ali məktəbin novatorluğu və ya məzunların təhsiləqədərki dövrlə müqayisədə gəlirlərinin səviyyəsinin artımı kimi bir çox amillərdən asılıdır.

Tehsil-press.az

Oxşar xəbərlər