Oktyabrın 15-də Azərbaycan İlahiyyat İnstitutunda 18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunan “Müstəqillik illərində Azərbaycanda din təhsili” mövzusunda konfrans keçiriləcək.
Konfransa məqalə qəbulu oktyabrın 5-dək davam edəcək. İştirak etmək istəyənlər məqalələrini [email protected] elektron ünvanına göndərə bilərlər.
Konfransın materialları kitab şəklində çap olunacaq.
Xatırladaq ki, konfrans Azərbaycanda din təhsilinə dövlət qayğısı, ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda din təhsili, Prezident İlham Əliyevin din təhsilinə qayğısı, Heydər Əliyev Fondunun dini-tarixi abidələrin bərpasında rolu mövzularını əhatə edəcək. Bununla yanaşı, qeyri-İslam yönümlü dini təhsil müəssisələrinin fəaliyyəti, tarixən Azərbaycanda fəaliyyət göstərmiş dini mədrəsələr, xanəgahlar, Azərbaycan Xalq Cümhuriyyəti dövründə din təhsili mövzularında məruzələri əhatə edəcək.

Aİİ-nin Mətbuat Xidməti