Riyaziyyat və Mexanika İnstitutu: “Nüfuzlu jurnallara elmi məqalə hazırlamağın yolları” mövzusunda təqdimat

Riyaziyyat və Mexanika İnstitutu: “Nüfuzlu jurnallara elmi məqalə hazırlamağın yolları” mövzusunda təqdimat Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun “Nüfuzlu jurnallara elmi məqalə hazırlamağın yolları” mövzusunda təqdimatı dinlənilib.
Təqdimatda Misir Mərdanov “Məqalə çap etdirməkdə məqsəd”, “Məqalənin faydalı, maraqlı və oxunaqlı olması”, “Əlyazmanın tərtibatı (hazırlanması)”, “Jurnal seçimi, məqaləni seçilmiş jurnala təqdimetmə qaydaları” və s. barədə ətraflı məlumat verib.
Bildirilib ki, tədqiqatçının elmi nəticələrinin qlobal miqyasda tanınması və akademik ictimaiyyət tərəfindən qəbul olunması dövrümüzün əsas tələblərindən birinə çevrilib. Elmi-tədqiqatların nəticələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının formalarından biri də onların müxtəlif ixtisaslaşmış nüfuzlu jurnallarda dərc olunmasıdır. Məqalənin nüfuzlu jurnallarda nəşri – tədqiqatçının elmi fəaliyyət sahəsinin genişlənməsi və elmi səviyyəsinin artmasının, ölkənin elmi nüfuzunun yüksəlməsi və mövqeyinin möhkəmlənməsinin təmin edilməsi deməkdir.
Sonra mövzu ilə bağlı suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər