Azərbaycan Turizm və Menecment Universitetində əməkhaqları artırılıb. Son illərdə əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin apardığı məqsədyönlü islahatlar öz bəhrəsini verməkdədir. Ölkə rəhbəri tərəfindən həyata keçirilən genişmiqyaslı sosial tədbirlər zərfində konkret olaraq ali təhsil müəssisələrində çalışan əməkdaşların sosial rifah halının yaxşılaşdırılması məsələlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Azərbaycan dövlətinin sosial siyasətini rəhbər tutaraq əməkdaşların maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə universitetin professor-müəllim və inzibati heyətinin əməkhaqları sentyabr ayından orta hesabla otuz faiz artırılıb. Həmçinin maliyyə imkanları nəzərə alınmaqla gələcəkdə də əməkhaqlarının davamlı olaraq artırılması məsələsi gündəmdə saxlanılır.
Tehsil-press.az