ADU-da əmək haqları artırılıb

ADU-da əmək haqları artırılıb Azərbaycan Dillər Universitetində (ADU) çalışan işçilərin və professor-müəllim heyətinin maddi rifahının yüksəldilməsi istiqamətində daha bir mühüm addım atılıb. Belə ki, ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Addullayev təhsil müəssisəsində eyni vəzifə və eyni elmi adlara malik olan əməkdaşların əmək haqlarında olan süni diferensiallaşdırmanın aradan qaldırılması məqsədi ilə əmr imzalayıb. Əmrə əsasən universitet əməkdaşlarının əmək haqlarına yenidən baxılıb.
1 yanvar 2017-ci il tarixindən ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən rəhbər vəzifəni tutan işçilər istisna olmaqla inzibati idarəetmə və xidmətedici heyətdə çalışan işçilərin əmək haqqı təxminən 10 faiz artırılıb. Dəyişiklik nəticəsində ADU-da müəllimin əmək haqqında artım 50 manat, elmlər namizədi olan müəllimin əmək haqqında 200 manat, elmlər namizədi olan baş müəllimin əmək haqqında 150 manat, dosent-elmlər doktorunun əmək haqqında 200 manat, professor-elmlər doktorunun əmək haqqında isə 250 manat təşkil edir.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər