Azərbaycan Texniki Universitetində (AzTU) noyabrın 1-dən etibarən bu ali təhsil ocağının əməkdaşlarının əməkhaqqı artırılacaq.
Bu barədə qarar universitetin elmi şurasında qəbul olunub. Qərara əsasən, universitetin rəhbər, inzibati idarəetmə və professor-müəllim heyətinin əməkhaqqı 100 manat, tədris-köməkçi və xidmətedicilərin əməkhaqqı isə 50 manat məbləğində artacaq. Artıma uyğun olaraq AzTU-nun ümumi əməkhaqqı bazası 15 faiz çoxalacaq.
Elmi şurada əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı aparılan müzakirələrdə universitetin rektoru vəzifəsini icra edən Xalıq Yahudov vurğulayıb ki, əməkhaqqının 2018-ci ilin əvvəlində yenidən artırılması nəzərdə tutulub.
Qeyd edək ki, AzTU-da əməkhaqqı sonuncu dəfə bu ilin əvvəlində artırılıb.
AzTU-nun Mətbuat xidməti