UNEC-in professor-müəllim heyətinin saathesabı əməkhaqqı məbləğləri artırılıb

UNEC-in professor-müəllim heyətinin saathesabı əməkhaqqı məbləğləri artırılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) professor-müəllim heyətinin fəaliyyətinin stimullaşdırılması istiqamətində daha bir addım atılıb.
UNEC-in Elmi Şurası professor-müəllim heyətinin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması məqsədilə saathesabı qaydada aparılan dərslərə görə ödəniş məbləğının 3 dəfəyədək artırılması barədə qərar qəbul edib. Qərara əsasən, UNEC-in professor və ya elmlər doktoru üçün saathesabı qaydada aparılan dərslərə görə ödəniş məbləğı bir saata 10 manat, dosent və ya fəlsəfə doktoru üçün 8 manat, elmi dərəcəsi, elmi adı olmayanlar üçün isə 6 manat müəyyən olunub. Qərar növbəti tədris ilindən qüvvəyə minəcək.
Xatırladaq ki, 2015-ci ildən UNEC-də pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında sağlam rəqabət mühitini gücləndirmək məqsədilə Differensial Əmək Haqqı Sistemi tətbiq olunur.

Elnarə Məmmədova
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC),
İctimaiyyətlə Əlaqələr Şöbəsi


Oxşar xəbərlər