Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar Lənkəran Dövlət Universitetində (LDU) tədbir keçirilib.
Qonaqları salamlayan LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov əlamətdar yubiley münasibətilə BDU-nun bütün kollektivini, professor-müəllim, tələbə heyətini ürəkdən təbrik edib. Bildirib ki, ölkədə təhsilin və elmin inkişafına verdiyi böyük töhfələrə, Azərbaycana dəyərli ziyalılar ordusu bəxş etdiyinə görə Ümummilli Lider Heydər Əliyev Bakı Dövlət Universitetini “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb. Natiq İbrahimov bildirib ki, Lənkəran Dövlət Universiteti Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli qərarı ilə BDU-nun Lənkəran filialı kimi açılıb, 1992-ci il 23 iyun tarixli sərəncamı ilə isə dövlət statuslu ali məktəb kimi fəaliyyətə başlayıb. O, LDU-da son illərdə görülən işlər, təhsilin yenilənməsi istiqamətində atılan addımlar barədə də qonaqlara ətraflı məlumat verib və BDU-dan gələn qonaqlara universitetdə görülən işlərlə əyani tanış olmaq imkanı yaradılıb. LDU-nun həyətində Bakı Dövlət Universitetinin 100 illk yubileyi şərəfinə xatirə olaraq dekorativ həmişəyaşıl ağaclar əkilib. BDU müəllimlərinin keçdiyi ustad dərsləri tələbələr tərəfindən maraqla qarşılanıb.
Lənkəran Dövlət Universiteti ilə tanışlıq Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş konfransla davam edib.
Konfransda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bölgədə yerləşən bir universitetdə gördüklərindən məmnunluğunu ifadə edib, son illərdə görülən işləri yüksək dəyərləndirib. Elçin Babayev konfrans iştirakçılarına BDU-da başlanan yeni islahat dalğasından, görüləcək işlərdən, gələcək planlardan danışıb, ölkə başçısının, bütün xalqın BDU-ya bəslədiyi inam və etimadı doğrultmaq üçün var-gücləri ilə çalışacaqlarını deyib.
Konfransda BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, BDU-nun LDU-da çalışan məzun və doktorantlarından universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən İdrak Əsgərov, baş müəllim Gülbəniz Qədirova çıxış ediblər. Çıxışlarda yubiley arzuları, təbrikləri dilə gətirilib, hər iki ali təhsil ocağında görülmüş işlərdən, gələcək perspektivlərdən söz açılıb. Tədbirin sonunda Natiq İbrahimov BDU-nun rektoru Elçin Babayevə kollektiv adından Lənkəranın rəmzi sayılan Xan evinin rəsmini hədiyyə edib. Elçin Babayevin hədiyyəsi isə Qarabağ xalçalarının milli ornamentləri əks edilmiş tablo olub.
Sonda xatirə şəkilləri çəkilib.
Mətbuat Xidməti