Təhsil Nazirliyinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində “Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” mövzusunda ilk “Novruz mühazirəsi” keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Natiq İbrahimov, universitetin professor-müəllim heyəti, rayonun təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri və media nümayəndələri iştirak edib.
Əvvəlcə mühazirə iştirakçıları Lənkəran Dövlət Universitetinin 2 saylı tədris korpusunda yeni avadanlıqlarla təmin olunmuş kimya və biologiya laboratoriyaları, müəllimlər üçün qonaq evi, turizm tədris-təcrübə bazasına baş çəkib, həmçinin 160 yerlik tələbə yataqxanası və tədris korpusunun tikintisi ilə tanış olublar.
Universitetin turizm tədris-təcrübə bazasının ərazisində BDU-nun 100 illik yubileyi münasibəti ilə 100 ağac əkilib.
Tədbir daha sonra Lənkəran Dövlət Universitetinin akt zalında davam edib.
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Natiq İbrahimov tədbiri açaraq iştirakçıları salamlayıb. “Novruz mühazirələri”nin əhəmiyyətindən bəhc edən Natiq İbrahimov belə tədbirlərin davamlı olacağına əminliyini ifadə edib.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illərdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, təhsilverənlərin keyfiyyətinin yüksəldilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. Təhsilin cəmiyyətin bünövrəsi olduğunu deyən nazir müavini tərəqqi və inkişafın məhz bu bünövrədən başladığına diqqət çəkib. Məhəbbət Vəliyeva qeyd edib ki, şagirdlərin azərbaycançılıq məfkurəsinə sadiqlik, vətənpərvərlik ruhunda tərbiyə edilməsi hər bir təhsil işçisinin ümdə vəzifəsi olmalıdır.
Nazir müavini 100 illik yubileyi qeyd olunan Bakı Dövlət Universitetinin Azərbaycanın təhsil tarixində mühüm yerə malik olduğunu bildirib. Qeyd edib ki, BDU-nun keçdiyi şərəfli yol və ənənələri digər universitetlərə də örnək olmalıdır. Nazir müavini BDU-nun mənəvi varisi olan Lənkəran Dövlət Universitetinin də bu ənənələrə sadiq qalacağına əminliyini bildirib.
Nazir müavini həmçinin Lənkəranda yerləşən ümumi təhsil müəssisələrinin LDU-nun texniki bazasından istifadə etdiklərini təqdir edib. Bildirib ki, universitetlərlə ümumi təhsil müəssisələrinin əlaqəsinin artırılması zəruridir.
Daha sonra tarix elmləri doktoru, professor Anar İsgəndərovun təqdimatında “Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” adlı “Novruz mühazirəsi” dinlənilib. Mühazirəçi Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin milli özünüdərkin inkişafındakı rolu, tarixi, inkişaf mərhələri barədə danışıb. Bildirib ki, Bakı Dövlət Universitetinin keçdiyi şərəfli yol Azərbaycanın elm tarixinin parlaq səhifəsidir.
Anar İsgəndərov vurğulayıb ki, 100 illik tarixi dovrundə BDU-nu 174500 tələbə bitirib, onların 4200-ə qədəri əcnəbilərdir. Bu, bir daha sübut edir ki, Azərbaycanda BDU məzununun işləmədiyi dövlət qurumu yoxdur.
Anar İsgəndərov bu elm məbədinin mənəvi varislərindən olan Lənkəran Dövlət Universitetinin qarşısında duran prioritetlər barədə də danışıb.
Daha sonra çıxış edən təhsil eksperti Şahlar Əsgərov, kimya elmləri doktoru Əfsun Şucayev, Lənkəran Dövlət Universitetinin professoru Yadulla Ağazadə, Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Əliyeva “Növruz mühazirələri”nin fəlsəfəsi və əhəmiyyətindən danışıb, belə tədbirlərin davamlı olaraq keçiriləcəyinə əminliklərini bildiriblər.
Sonra universitetin 1 saylı tədris korpusunda müasir avadanlıqlarla təchiz edilmiş “Baytarlıq”, “Qida məhsulları texnologiyası”, “Qida təhlükəsizliyi və ekologiyası” və “Aqrokimya” laboratoriyaları və sitrus bağı ilə tanışlıq olub.
Tədbir çərşənbə tonqalının qalanması ilə başa çatıb.
Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.

LDU-nun Mtbuat Xidmti