Dünyanın aparıcı audit şirkətlərindən olan “Deloitte” Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzində ənənəvi təlimlərinə başlayıb.
İki gün davam edəcək təlimlərdə şirkətin mütəxəssisləri tələbələrə CV yazma üsulları, müsahibədə davranış qaydaları və müsabiqəyə psixoloji hazırlıq barədə məsləhətlər veriləcək. Eyni zamanda, təqdimatlarda istifadə edilən Power Point proqramının tətbiqi haqqında bilgilər aşılanacaqdır.
Tədbirin ikinci günündə isə maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən Excell proqramının tətbiqi haqqında tələbələrə təlim keçiriləcək.
Təlimin sonunda iştirakçılara sertifikat təqdim ediləcək.

UNEC-in Mətbuat Xidməti