Fakültə dekanı Afət Məmmədova məzunların uğurlarından bəhs edib, onların həm ölkə daxilində, həm də xaricdə nüfuzlu universitetlərdə təhsillərini davam etdirərək elmi fəaliyyətlə məşğul olmalarının qürurverici olduğunu bildirib. O, BDU-da tələbələrin inkişafı, karyera quruculuğu üçün həyata keçirilən tədbirlər barədə məlumat verib, I kurs tələbələrini bu layihələrdən yararlanmağa çağırıb.
Tədbirdə fakültənin “Biologiya” ixtisası üzrə məzunu, hazırda Türkiyənin Eskişehir Osmanqazi Universitetində “Tibbi genetika” ixtisasında magistratura təhsili alan Şövkət Əliverdibəyli öz uğur hekayəsini bölüşüb. Tələbələrə hədəflərinə çatmaqda əzmkarlığın, araşdırma bacarığının və beynəlxalq imkanlardan düzgün istifadə etməyin önəmindən danışıb.
O, neyrodegenerativ xəstəliklərin genetik əsasları və farmakogenetika sahəsində apardığı elmi işlərdən, dissertasiya mövzusundan və qazandığı beynəlxalq təqaüdlərdən söz açıb. Şövkət Əliverdibəyli tələbələrə biliklərini inkişaf etdirmək, elmi fəaliyyətlərdə fəal iştirak etmək və qarşıya qoyduqları məqsədlərə inanmağı tövsiyə edib.
Görüş interaktiv şəkildə davam edib, tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az