Azərbaycan Universiteti Böyük Britaniyanın Middlesex Universitetinin tərəfdaşlığı ilə noyabrın 27-də “Gender problemi və müasir Azərbaycan” beynəlxalq elmi konfransını keçirəcək.
Konfransın dəvətli məruzəçisi kimi Fransanın Sarbonna Universitetinin professoru Luiza Dalinquoter çıxış edəcək. Bundan başqa, konfransın işində İngiltərə, Yeni Zelandiya və digər xarici ölkələrdən tanınmış alimlərin də iştirakı gözlənilir.
Konfransın əsas məqsədi Azərbaycanda gender bərabərliyi məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyət və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və həll yolları üçün təkliflər irəli sürülməsini təmin etmək, bununla bağlı ölkədə qazanılan uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir. 2017 və 2018-ci illərdə respublika miqyasında keçirilən tədbir bu ildən başlayaraq beynəlxalq statusda təşkil olunur. Konfransa göstərilən maraq və diqqət bu qərarın alınmasına öz təsirini göstərib. İki konfransın təcrübəsi göstərdi ki, bu sahəyə maraq böyükdür və mütəxəssislərin müzakirə etmək üçün xeyli ideya və yanaşmaları mövcuddur.
Beynəlxalq konfransın işində ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq profilli institutlarının, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, mətbuatın, səfirliklərin nümayəndələrinin iştirakı planlaşdırılır.
Ətraflı məlumatı konfransın səhifəsindən əldə etmək mümkündür: http://au.edu.az/az/menu/336/

Mətbuat Xidməti