Azərbaycan Universiteti payızda biri respublika, digəri isə beynəlxalq miqyaslı olmaqla iki elmi konfrans keçirəcək.
“Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda respublika konfransında davamlı inkişaf strategiyalarının müzakirəsi, bu istiqamətdə humanitar elmlərin qarşısında duran problemlərin müzakirə olunması nəzərdə tutulur.
24 oktybar 2019-cu il tarixində keçiriləcək konfrans ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunur. Təşkilat komitəsi məqalələri 27 sentyabr 2019-cu il tarixinə qədər qəbul edəcək. Daha ətraflı məlumat üçün konfransın səhifəsinə keçid: http://au.edu.az/az/menu/325/
28 noybar 2019-cu il tarixində keçiriləcək “Gender problemi və müasir Azərbaycan” konfransının əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, bu sahədə ölkədə əldə edilən uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir.
2017 və 2018-ci illərdə respublika miqyasında keçirilən tədbirin bu ildən başlayaraq beynəlxalq statusda təşkil olunması nəzərdə tutulur. Konfransa göstərilən maraq və diqqət bu qərarın alınmasına öz təsirini göstərib. İki konfransın təcrübəsi göstərdi ki, bu sahəyə maraq böyükdür və mütəxəssislərin müzakirə etmək üçün xeyli ideya və yanaşmaları mövcuddur.
Konfransa məqalələrin göndərilməsi üçün son tarix 28 oktyabr 2019-cu ildir. Daha ətraflı məlumat üçün konfransın səhifəsinə keçid: http://au.edu.az/az/menu/336/

İctimaiyyətlə əlaqələr şöbəsi