Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Sultan Qabus Universiteti Ədəbiyyat və humanitar fənlər fakültəsi Ərəb dili və ədəbiyyatı bölməsinin müəllimi dr. İhsan Sadiq Məhəmməd Əlləvatinin təqdimatında “Müasir ərəb ifadələrində dil xətalarının əsas səbəbləri” mövzusunda təşkil olunan seminar yekunlaşıb.
Seminarın moderatoru Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov mövzunun aktuallığına diqqət çəkərək, iştirakçılara təşəkkürünü bildirib. Qeyd edib ki, ali təhsil müəssisəsi tədrislə yanaşı, elmi konfransların, seminarların, “dəyirmi masa”ların da təşkilində maraqlıdır.
Seminarın növbəti günü dr. İhsan Sadiq Məhəmməd Əlləvati "Müasir ərəb ifadələrində dil xətalarının əsas səbəbləri" mövzusunda məruzə ilə çıxış edib. Məruzə müasir ərəb ədəbi dili ilə dialektlər arasındakı fərqlər və ixtilaflar mövzusunu əhatə edib.
İhsan Sadiq Məhəmməd Əlləvati qeyd edib ki, dialektlər bir-birindən və ədəbi dildən ciddi şəkildə fərqlənir. Bu səbəbdən, müxtəlif ərəb ölkələri xalqlarının bir-birini anlamaması, həmçinin müvafiq hazırlığı olmayan ərəblərin çox zaman ədəbi dili başa düşməməsi adi hal hesab edilir.
Dr. İhsan daha sonra bildirib ki, ədəbi dillə danışıq dilindəki fərqlər, əsasən, xarici sözlərin leksikologiyaya daxil olmasına görə baş verir. Məruzəçi qrammatik fərqliliklərdən bəhs edərək, bəzi fonetik dəyişikliklər barədə danışıb, mövzu ilə bağlı misallar gətirib.
İki gün davam edən seminarda ərəbşünaslar, şərqşünaslar və mövzu ilə maraqlanan digər şəxslər iştirak ediblər.
Seminar maraqlı müzakirələrlə yekunlaşıb.

Aİİ-nin Mətbuat Xidməti