Prezident İlham Əliyevin “Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 19 iyul tarixli Sərəncamına uyğun olaraq, Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Filologiyası fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Akademik Məmmədağa Şirəliyevin Azərbaycan dilçiliyində rolu” mövzusunda dəyirmi masa keçirilib.
Fakültənin dekanı, professor Eldar Piriyev tədbiri giriş sözü ilə açaraq akademik Məmmədağa Şirəliyevin Azərbaycan dilçilik elminin inkişafında göstərdiyi böyük xidmətlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçilik sahəsində ardıcıl nailiyyətlər qazanılmasında Məmmədağa Şirəliyevin müstəsna rolu vardır. Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərinin tərtibi Məmmədağa Şirəliyevin adı ilə bağlıdır.
Sonra Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımovun “Akademik Məmmədağa Şirəliyevin akademiya fəaliyyəti”, Türkologiya kafedrasının müdiri, dosent Şaban Hüseynovun “Azərbaycan dilçiliyinin inkişafında akademik Məmmədağa Şirəliyevin rolu”, həmin kafedranın baş müəllimi Namiq Qafarovun “Akademik Məmmədağa Şirəliyevin Azərbaycan dialektologiyasının tədqiqi sahəsində fəaliyyəti”, Müasir Azərbaycan dili kafedrasının baş müəllimi Sevinc Kərimovanın “Dilçi kadrların hazırlanmasında akademik Məmmədağa Şirəliyevin rolu” mövzularında məruzələri dinlənilib.
Geniş və məzmunlu məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.

BSU-nun Mətbuat Xidməti