30-dan çox elmi, elmi-metodik monoqrafiya, lüğət və vəsaitin müəllifi olan filologiya elmləri doktoru Aydın Paşayevin əsərlərinin yarısı xüsusi adların elmi şərhinə və tədrisi məsələlərinə həsr olunmuşdur. “Türk mənşəli beynəlmiləl onomstik vahidlər. Müqayisəli onomastika” (2017) kitabında (Elmi redaktor: AMEA-nın müxbir üzvü, prof. Nizami Qulu oğlu Cəfərov, rəyçilər: f.e.d. Qara İbrahim oğlu Məşədiyev və t.ü.f.d. Cəlal Əbdürrəhman oğlu Novruzov) isə keçmiş SSRİ ərazisində və bir çox dünya ölkələrində mövcud olan türk mənşəli xüsusi adlar tədqiq olunmuşdur. Müəllifin 50 il ərzində topladığı nümunələr əsasında yazdığı bu əsər Azərbaycan onomastikasında və türkologiyada bu mövzuda yazılmış ən mükəmməl “Müqayisəli onomastika”dır.
“Müşahidələrin izi ilə” adlı ön sözdən bəlli olur ki, müəllif Azərbaycan, rus, digər türk alimlərinin tədqiqatlarından, SSRİ və dünyanın inzibati ərazi bölgülərinə aid lüğətlərdən, ensiklopediyalardan geniş istifadə etmiş və türk mənşəli beynəlmiləl onomastik vahidləri toplamış və araşdırmışdır.
“Dünya dillərinin təsnifi və ad sistemləri haqqında” adlanan birinci fəsildə dünya dillərinin təsnifi ilə əlaqədar göstərilir ki, dünyanın ən məşhur alimləri (11 alim) belə nəticəyə gəliblər ki, Şumer dili prototürk dilidir. Dünyanın ilk “vahid dili” Şumer dili olmuşdur. Almaniyada “Skif çarlarının məzarları” adlı sərginin eksponatlarından məlum olur ki, almanlar, türklər və slavyanların kökləri birdir (səh.16-18). Amma çox təəssüf ki, bu vaxta qədər “Ümumi dilçilik” dərs vəsaitlərində bu barədə məlumatlara təsadüf edilmir.
Müəllif qeyd edir ki, Türk dilləri dünyanın ən qədim dil ailəsidir. O, özünəməxsus zəngin adlandırma sisteminə malikdir. Lakin bu ad sisteminin ərəb və rus ad sistemlərinin yaranmasındakı rolu, onların qarşılıqlı əlaqəsi, hətta qədim türk və müasir ad sistemləri də müqayisə edilməmişdir. Nəticədə qədim türk adları barədə söylənən fikirlər müasir adlarla, müasir adlar haqqında deyilən elmi mülahizələr qədim türk adları ilə ziddiyyət təşkil edir.
Məlumdur ki, təkcə “Dədə Qorqud” dastanlarında şəxsi adlandırmağın 30-dan çox forması vardır. Əvvəllər bir addan istifadə edən ərəblər islamın qəbulundan sonra hakim təbəqələr çoxluq təşkil edən zəhmətkeş kütlələrdən adlanmaya görə də fərqlənmək üçün türk ad sistemindən istifadə edərək yeni ad sistemi yaratdılar: 1. İsm ələm - əsl ad: Həmzə, Osman; 2. Künyə - şəxsin ata adı ilə adlanması: Əbu Əmir – Əmirin atası; 3. Nəsəb – şəxsin ata adı ilə adlanması: İbn Sina – Sinanın oğlu; 4. Ləqəb – titul: əmir; 5. Nisbə - şəxsin millətini və ya doğulduğu yeri bildirir: Əl Arabi; 6. Mənsəb - dini fəxri ad: Nurəddin; 7. Təxəllüs: Rudəki, Nizami və s. Ərəb ad sistemində şəxsi adlandırma formaları türklərdə olsa da, bu ad sistemi tədricən türk ad sisteminə də təsir etməyə başladı və X əsrdən başlayaraq türk hökmdar, alim, şair və sənətkarları ondan istifadə etməyə başladılar.
Müxtəlif ad sistemlərinə yaxından bələd olan müəllif göstərir ki, ən qədimdən başlayaraq I Pyotra qədər türk xalqları Rusiyanın tarixi inkişafında mühüm rol oynamışdır. Türk əsilzadələri olan boyarlar (bəy ərlər) və knyazlar (kan-az/uz-lar) Rusiyanın daxili və xarici siyasətində, Dumada aparıcı qüvvəyə malik olmuşlar. Pyotr imtiyazlarını ləğv etsə də, türklər əvvəllər olduğu kimi Rusiyanın hərb tarixində, elmi, mədəni, iqtisadi həyatında yenə də fəal iştirak edirdilər.
Əvvəllər qədim türklər kimi özləri ilə əlaqədar olan adlardan istifadə edən ruslar xristianlığı qəbulundan sonra xristian adları alsalar da, ən çox ailə adları ilə tanınardılar. Hazırda rus dilində soy və ata adı düzəldən şəkilçi hesab edilən “ov/yev”, “oviç/ovna” türk dillərinə məxsus “ev, oba və iç” sözləridir. Bu cür soy və ata adlarından əvvəllər oba, qəbilə, kənd başçıları və iri torpaq sahibkarları olan boyarlar istifadə edərdilər: Aksakov (Aksak evi), Alimov (Alim evi), Bexmatova (Bəy Əhməd oba); Aksakoviç (Aksak evi içi), Alimoviç (Alim evi içi), Bexmatoviç (Bəy Əhməd oba içi) və s.
Hətta boyarlar çardan tələb edirdilər ki, onların bu cür adlanma sistemini rəsmiləşdirsin. Çar əvvəllər “ov/yev”, “oviç/yeviç” komponentli soy və ata adından istifadə etməyi knyazlara fəxri ad kimi verərdi və tədricən Rusiyada türk ad sistemi əsasında əsas (əsl ad, soy və ata adı), köməkçi ad (ləqəb, titul və təxəllüs) kateqoriyalarından ibarət yeni ad sistemi yarandı. Azərbaycanın Rusiyaya ilhaqından sonra hərbiçilər və qulluqçular da məcburən bu cür soyadlarından istifadə etdilər…
Kitabın I fəsli “Türk mənşəli beynəlmiləl onomastik vahidlər” adlanır və 16 bölmədən ibarətdir. İlk bölmələrdə Ermənistan, Krım, Qafqaz, Gürcüstan, Orta Volqaboyu, Ukrayna, Əfqanıstan, Bolqarıstan və s. ərazilərdə mövcud olan türk mənşəli onomastik vahidlərə aid tədqiqatlardan söz açılmışdır. Sonrakı bölmələrdə müəyyən yaxın leksik mənaya malik söz qrupları seçilmiş, araşdırılmış, sonra keçmiş Sovetlər İttifaqında və bir çox dünya ölkələrində olan eyni tərkibli türk mənşəli onimlərdən söz açılmışdır.
“Az/as”, “qaz/qas/kas/xəz”, “saq/sak/skif”, “alb/alp/aran” etnonimlərinə aid bölmədə əvvəl elmi fikirlər araşdırılmış və sonra eyni tərkibli onimlərə aid nümunələr göstərilmişdir: Aza q., Azıx k., Araz ç. (Azərbaycan), Aziya
gölü, Azov ş., ray., Asino ş., ray. (SSRİ), Albina burnu (Anqola), Albufeyra, Azor adası (Portuqaliya), Azaz (Suriya), Aran adası, Aran adaları (İrlandiya, Atlantik okeanında), Arran adası (İngiltərə), Azbruk, Yuxarı Alpı dep., Alp – Yuxarı əyaləti (Fransa), Aziaqo, Azinara adası, Azo çayı, Sakko çayı, Sakka (İtaliya), Asar (Çin), Asaxikava, Saqac, Sakai, Saksima, Asilesti, Sakata (Yaponiya), Asis (Braziliya), Ask (İngiltərə), Aranxuls, Aran-de-Duera, Arandade – Monkaya, Asu tan su anbarı (İspaniya), Qaspar (İndoneziya), Qaspe əyalət, yarımada, körfəz, Kazan çayı, Olbani çayı (Kanada), Kasper, Kass çayı, Xazard Albemari, Olbani, Aranças (2 yerdə), Alpayn, Alpina (ABŞ), Xazyanq (Vyetnam), Arandjelovan (Yuqoslaviya), Saka çayı, Şakyoyş (Latviya), Alp dağ. (Qərbi Avropa), Aranyapatxet (Tailand), Banu-Aranq (Malaziya), Saqar (Hindistan), Sakanana (Argentina), Saksoniya (Şvedsariya), Saksoniya (“Sak”, “son” – sın/oğlu) (Almaniya) və s.
Mənbələrə Qarabağın qədim adı Arsak (Ər sak) kimi göstərilir. Arsakilər, Arşakilər sülalə adları da bununla bağlıdır. Hind mənbələrində Alp Ər Tunqanın (e.ö. VII əsr) Sak dövlətinin başçısı olması qeyd olunur. Əfqanıstanda Saki, Şaki, Azərbaycanda Şəki adları da sak tayfalarının adı ilə bağlıdır (Bundan sonra ən çox xarici ölkələrdə olan onomastik vahidlərdən nümunə göstəriləcəkdir).
İnsanların Günəş və Aya inamı bəşəriyyətin yaranma tarixi qədər qədimdir. Mənbələrdə qeyd olunur ki, Hun/Xun(Gün) xaqanları Gün və Ay tərəfindən taxta çıxarılardı. Xan oğlu çadırdan çıxanda əvvəl Günəşə və Aya, sonra ata və anaya baş əyərdilər. Buna görə də keçmiş SSRİ və Türkiyədən əlavə, müxtəlif dünya ölkələrində çoxlu Gün və Ay tərkibli xüsusi adlara rast gəlmək olur: Aydın göl, Aylaoşan zirvə, Qunqaşan dağı, Qunquan əyaləti, Qunlyu (Tokkuztapa da deyilir), Qunçjulin əyaləti, Aygün ş. əyalət, Ayquntsin, Qunke, Qundu, Kunlin, Kuntin əyalət və mərkəz (Çin), Ayova ştatı və çayı, Ayşi-Bey körfəzi (Sakit okeanda), Aytaska gölü, Ayelson (Ay, el, son-sın-oğlu) ştatı (ABŞ), Ayder çayı, Aydovşina (Yuqoslaviya), Qundivindi ştatı, Ayqen (Avstraliya), Quna, Kundakal, Qunturi, Quntur ştatı (Hindistan), Quna dağı (Efiopiya), Qununqapı gölü (İndoneziya) və s.
“Tanrı/Tarı” teonimi Günəşin çıxmasını bildirən “tan/dan” və “rı” (Ra, Re – qədim Misir mifologiyasında Günəş adıdır) sözlərindən yaranmışdır. Bir çox dünya ölkələrində tan/dan və tar tərkibli xüsusi adlar vardır: Tanqıt k., Dandıx k., Tarxanlı k. (Azərbaycan), Danqara, Tanalıq r., Tandin r. və s. (keçmiş SSRİ), Dananq, Tanan (Vyetnam), Tanana çayı, Danvill, Dan çayı, Dan Kerk, Tanaqa adası (ABŞ), Tana göl və çay (Norvegiya, Efiopiya),
Dandi (İngiltərə), Danin, Tanin, Dandun, Tantan, Tanşen (Çin), Tanastbala, Tar (Hindistan), Dan (Laos, Portuqaqliya), Tana çayı (Geniya) və s.
“Od”, “ocaq”, “pir” və “bir” sözləri ilə əlaqədar olan bölmədə əvvəl bu sözlərin etimologiyası, “pir” sözünün fars və ya türk mənşəli olması haqqında mülahizələr söylənilir. Sonra göstərilir ki, türk dillərində “bir”ə pir, per, perre, ber və biir də deyilir. Qədim kettlər evə, yunanlar isə oda “pir” demişlər. Günəş də pirdir, birdir. Odla əlaqədar çıraq/şirak, sir, şir, qor da insanların ilk inanc yeri, Tanrısı olmuşdur. Fars dilindəki “pir” sözü də elə “bir” mənasındadır. “Qoca” və “ocaq” sözləri arasında fonetik oxşarlıq vardır. Ocağı heç vaxt sönməyə qoymayan “qoca” və ya “pir”lərin məzarının ziyarətgaha çevrilməsi isə evlərindəki həmin ocağın altında dəfn olunmaları ilə əlaqədardır. Keçmiş SSRİ, Türkiyə və bir çox dünya ölkələrində bu sözlərlə əlaqədar zəngin xüsusi adlar vardır: Şirak (Macarıstan), Sirakoba, Odavara, Sirakami, Odate, Odziya, (Yaponiya), Sirakuzi, Sırakyus, Piramid göl, Birminqem, Qoreliy adası, Pirr (ABŞ), Sire, Od deper. və çay, Odenkur (Fransa), Sirakazi (İtaliya), Sire, Şiruya, Odra çayı, Odobeşti (Rumuniya), Şirvan gölü (Malavi), Birim, Oda (Qana), Birr, Birra (İrlandiya), Piran, Pirot (Yuqoslaviya), Pir, Pirqos (Yunanıstan), Piri (Kanada), Birri çayı (Avstraliya), Piracu, Pirasnoba, Piripiri (Braziliya), Qorsk, Odova (İspaniya), Qor ərazi və çay, Qorod (qor və od) (Əfqanıstan), Qorn (domna peçinin aşağı hissəsi) (Çili), Qorqena adası (Kolumbiya), Oddur (Somali), Oder (Almaniya), Bir (Hindistan), Bira, Bireln, Birufu (İndoneziya) və s.
“Türk/tork/tirk” və “tor/tur” ilə əlaqədar olan bölmədə göstərilir ki, Şumer dilində olan bu etnonimin müxtəlif formalarından indiyə qədər çoxlu şəxs adları və toponim yaranmışdır. Keçmiş SSRİ, Türkiyə və dünyada bu etnonimlə əlaqədar indi də çoxlu xüsusi adlar vardır: Torqay, Torqelov (Almaniya), Tori gölü (Yaponiya, İrlandiya), Torki (İngiltərə), Truk adaları (Sakit okean), Trayan, Troyan (Bolqarıstan), Tur çayı (Rumıniya), Tur inz. mər., Turkuen ş., Turen, Turi (Fransa), Tura, Turkeve (Macarıstan), Turan (Vyetnam, İran), Turqay, Turqosman (Şvedsariya), Turqen-Daban, Turfan (Çin), Turek (Polşa), Turkana gölü (Geniya), Türkistan (Əfqanıstan), Turki, Turki-Pori (Finlandiya), Turkino (Kuba), Troy şt., Troy-Alababa (ABŞ) və s.
Kitabın “sarı” və “sar”, “xan/kaan/kan” və “bay/bek/bəy”, “bar/bər” və “bor/bur”, “ata”,“baba” və “ana”, “bala”, “el” və “il”, “ağ/ak” və “qara/kara” və s. tərkibli türk mənşəli beynəlmiləl onomastik vahidlərə aid bölmələrdə yüzlərlə xüsusi adlarla yanaşı (Sözsüz ki, həmin ölkələrdə lüğətlərə düşməyən mikrotoponimlər daha çoxdur), ümumi sözlər də izah edilmişdir.
A.Paşayevin çox maraqlı və düşündürücü mövzuya həsr olunmuş “Türk mənşəli beynəlmiləl onomaastik vahidlər. Müqayisəli onomastika” adlı kitabından bəlli olur ki, dünya ölkələrində türk mənşəli şəxs və yer adları çoxdur. Türklərin tarixini və onların bəşəriyyətin inkişafında oynadığı rolu daha ətraflı öyrənmək üçün o adların müxtəlif ölkələrdə yaşayan və təhsil alanların köməyi ilə geniş tədqiqata cəlb olunması çox faydalı olardı.

Səyadulla Kərimli