BSU-da almanların Qafqazda yerləşməsinin 200 illik yubileyi ilə bağlı tədbir keçirilib

BSU-da almanların Qafqazda yerləşməsinin 200 illik yubileyi ilə bağlı tədbir keçirilib Aprelin 26-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycan filologiyası və jurnalistika fakültəsinin təşkilatçılığı ilə almanların Qafqazda yerləşməsinin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva Prezident İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Sərəncam imzaladığını diqqətə çatdırıb. Tədbirin dövlət başçısının Sərəncamını rəhbər tutaraq keçirildiyini deyən R.Qeybullayeva Azərbaycan və Almaniya mədəniyyətinə xas olan ortaq məqamları sadalayıb. Professor Yeva Mariya Aux həmçinin iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində sıx əməkdaşlıq edildiyini də diqqətə çatdırıb.
Tədbirdə Almaniyanın Berlin Humboldt Universitetinin Berlin-Azərbaycan tarixi kafedrasının müdiri, professor Yeva-Mariya Aux, Alman Akademik Mubadilə Xidmətinin (DAAD) Bakı bürosunun dil üzrə məsləhətçisi Rusudan Abşilova, BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı Eldar Piriyev, Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı Gültəkin Əliyeva və başqaları iştirak ediblər.
Professor Yeva Mariya Aux çıxışında tarixən Azərbaycanda məskunlaşmış 500 alman ailəsindən, onların Cənubi Qafqaz regionunda məskunlaşdığı dövrlərdən, almanların bu ərazilərə gəlmə səbəblərindən söhbət açıb. Azərbaycanda mövcud olan alman irsindən bəhs edən Yeva Mariya Aux ölkəmizdəki tarixi alman məskənlərinin və abidələrinin mühafizəsi, restavrasiyası və təşviqi məqsədilə görülən işlərdən, hər iki tərəfdən irəli sürülən təşəbbüslərdən danışıb.
Alman Akademik Mubadilə Xidmətinin (DAAD) Bakı bürosunun dil üzrə məsləhətçisi Rusudan Abşilova çıxışında Almaniyada təhsil almağın asan yolları ilə bağlı tələbələrə bir sıra tövsiyələr verib, təqaüdlü proqramlar haqqında onları məlumatlandırıb.
Tədbir diskusiyya şəkilində davam edib.

BSU-nun Mətbuat Xidməti


BSU-da almanların Qafqazda yerləşməsinin 200 illik yubileyi ilə bağlı tədbir keçirilib

BSU-da almanların Qafqazda yerləşməsinin 200 illik yubileyi ilə bağlı tədbir keçirilib


Oxşar xəbərlər