Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbində Nəsiminin 650 illiyinə həsr olunmuş tamaşa nümayiş etdirilib. Tamaşa Xalq şairi Bəxtiyar Vahabzadənin poeması əsasında hazırlanıb.
Tələbələr və onlara kömək edən müəllimlər tamaşa üzərində 2 ay çalışıblar. Həmin dövrə uyğun geyimlərin əldə olunması, səhnə tərtibatı, bəzi sözlərin tələffüzündə rus bölməsi tələbələrinin çətinliklərinin aradan qaldırılması gərgin və intensiv iş tələb edib. Nəticədə uğurlu tamaşa alınıb.
Tələbələrlə yanaşı, dekanlıq əməkdaşları da tamaşada rol alıblar. Tamaşa vasitəsilə gənclərə Bəxtiyar Vahabzadənin poemasının əsas qayəsi – “Nəsimi uğrunda ölənlər varsa, Nəsimi əbədi yaşayacaq”, yəni onun ideyalarının təbliği ilə şair də daim qəlblərdə və fikirlərdə yaşayacaq ideyası çatdırılıb.

UNEC-in Mətbuat Xidməti