Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) ədəbiyyat və dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın layihəsi əsasında hazırlanan “Kərgədan buynuzu” tamaşası nümayiş olunub.
Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” əsərinin motivləri əsasında hazırlanan tamaşaya dram rejissoru ixtisasının rus bölməsinin IV kurs tələbələri Fəridə Nesterenko, Bella Klimaşeva, Yuriy Omelçenko, Raulya Rzayeva, Cahandar Cəfərli və Tamerlan Əsədov quruluş veriblər.
Səhnə əsərində teatr sənəti fakültəsinin teatr və kino aktyoru ixtisasının rus bölməsi üzrə II və IV kurs tələbələri Samirə Rüstəmova, Mir Qabil Əkbərov, Turanə Heydərli, Mariya Dubovitskaya, Milana Sokolenko, Zaur Terequlov, Yuri Omelçenko, Səbinə Rzayeva, Cohar Abdullayev, Elnur Rzayev, Ümid Abaszadə, rejissor tələbələr Cahandar Cəfərli, Tamerlan Əsədov və Əməkdar artist Maqsud Məmmədov çıxış ediblər.
Tamaşada aktyorların səhnə danışığı ilə Xalq artisti Ayan Mirqasımova və Əməkdar artist Azad Şükürov məşğul olub. Səhnə əsərinin plastik həlli Xalq artisti Pərviz Məmmədrzayevə, musiqi tərtibatı isə Aysel Əzizovaya aiddir.
Xalq artisti, professor Cənnət Səlimovanın və Əməkdar artist Sonaxanım Mikayılovanın rəhbərlik etdiyi kursların tələbələrinin birgə hazırladığı tamaşa alqışlarla qarşılanıb.
ADMİU-nun Mətbuat Xidməti