Çin Xalq Respublikasının Gansu əyalətinin təhsil şöbəsinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin qonağı (ATU) olub.
Universitet rəhbərliyi ilə görüş zamanı Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov qonaqlara universitet, onun klinikaları, tədris sistemi haqqında geniş məlumat verib.
Görüş zamanı prorektor universitetinin Çinin ailə təhsil müəssisələri ilə mövcud əlaqələri günü-gündən möhkəmləndirdiyini diqqətə çatdırıb.
R.Bəylərov qeyd edib ki, Azərbaycan və Çin arasında dövlət səviyyəsində yüksək əlaqələr, tibb təhsili sahəsində də münasibətlərin genişlənməsinə şərait yaradır.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev universitetin beynəlxalq əlaqələri, xarici ölkələrlə olan qarşılıqlı memorandumları, burada təhsil alan əcnəbi tələbələr haqqında məlumat verib. O, bildirib ki, Tibb Universitetində 35 xarici ölkədən təhsil alan tələbələr arasında Çindən cəmi 1 tələbə var. Bu sayı artırmaq üçün potensial mövcuddur.
Gansu əyalətinin təhsil şöbəsinin müdiri Vanq Haiyan universitetlər arasında münasibətlərin yaradılmasının vacib olduğunu bildirib: “Burda olduğum müddətdə Tibb Universiteti, tədris sistemi, klinikalarınız haqqında məlumat aldım. İnanıram ki, bu görüş əlaqələrimizin genişlənməsinə, qarşılıqlı tələbə mübadiləsinin təşkilinə kömək edəcək. Çünki inkişaf səviyyəsindən asılı olmayaraq, hər iki tərəfin nələrisə öyrənməsinə, təcrübəsini paylaşmasına ehtiyac var”.
Tehsil-press.az