Türkiyənin nüfuzlu universiteti ilə ATU arasında protokol imzalandı
Tələbələrinə beynəlxalq standartlara uyğun təhsil vermək məqsədilə xarici əlaqələrini daim genişləndirən Azərbaycan Tibb Universiteti növbəti nüfuzlu ali məktəb – Türkiyənin Hacettepe Universiteti ilə əməkdaşlığı gücləndirir. Bu haqda universitetin rektoru Haluk Özenlə ATU-nun rektoru Gəray Gəraybəyli arasında protokol imzalanıb.
Bakıda səfərdə olan Hacettepe Universitetinin nümayəndə heyəti ilə ATU rəhbərliyi arasında görüş keçirilib. Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli Azərbaycanın yaşlı ali məktəblərindən biri olan Tibb Universitetinin tarixi, fəaliyyəti, buradakı tədris sistemi haqqında ətraflı məlumat verdi. G.Gəraybəyli qeyd etdi ki, son illər tədris səviyyəsinin yüksəldilməsi üçün universitetdə bir sıra islahatlar həyata keçirilib, iki pilləli tədris sisteminə keçilib. Ölkə başçısının dəstəyilə yaradılan klinikalar nəinki yüksək səviyyəli müalicənin aparılması, həmçinin tələbələrin və rezidentlərin rahat tədrisinə böyük şərait yaradıb. Lakin hələ də bəzi məsələlərdə dəyişikliyə zərurət duyulur.
“Xüsusilə də tədris proqramının beynəlxalq standartlara uyğunlaşdırılmasına böyük ehtiyac var. Çünki ATU tələbələri mübadilə proqramları çərçivəsində Türkiyəyə və digər ölkələrə gedirlər. Lakin bu zaman proqramların uyğun olmaması ucbatından narahatlıq yaşanır. Gələcəkdə tədris proqramının tam beynəlxalq standartlara uyğunlaşdırılması tələbə mübadiləsinin genişlənməsinə, tələbələrimizin daha dinamik təhsilinə imkan verəcək”, -deyən professor G.Gəraybəyli universitetdə həyata keçirilən digər islahatlar və qarşıda duran hədəflər, planlar barədə də danışdı.
Hacettepe Universitetinin rektoru, professor Haluk Özen bu ali məktəbin Ankaranın tibb fakültəsi əsasında yaradıldığını və ötən əsrin 60-cı illərində tam fərqli bir təhsil sistemi ilə işə başladığını bildirdi. Hazırda 14 fakültədən ibarət olan Hacettepe Universitetinin 5 peşə məktəbi, klinikaları, 100-dən çox araşdırma mərkəzi fəaliyyət göstərir. “Həmin vaxt bizim tətbiq etdiyimiz sistem çoxları tərəfindən qəbul edilməsə də, növbəti 20 il ərzində bütün Türkiyə bu sistemə keçdi. Düzdür, bildiklərimiz çoxdur, lakin mükəmməl deyilik, sizdən də öyrəcənəcəklərimiz var. Məsələn, tanış olduğumuz Anatomiya muzeyi bizi çox heyrətləndirdi. Bu cürü muzeyin yaradılması və saxlanması böyük zəhmət tələb edir”. Professor Haluk Özen Azərbaycan Tibb Universiteti ilə tələbə mübadiləsi, tədris proqramının yenilənməsi və digər məsələlərdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirdi.
ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov hər il ATU-da türkiyəli mütəxəssislərin iştirakı ilə mühazirələr, təlimlər, beynəlxalq elmi konfransların təşkil olunduğunu bildirdi. R.Bəylərov gələcəkdə iki universitetin nümayəndələrinin birgə elmi işlər aparmasının mümkünlüyünü də söylədi.
ATU-nun beynəlxalq işlər üzrə prorektoru Nadir Zeynalov ali məktəblər arasında əməkdaşlığa dair memorandumun əsas istiqamətləri barədə məlumat verdi. Bura rezidentlərin və tələbələrin mübadiləsi, qarşılıqlı təcrübə, akademik araşdırma aparılması, tədris proqramının öyrənilməsi, mədəni proqramlarda işbirliyi, birgə konfrans və seminarların təşkili və digər məqamlar daxildir.
Görüşdə Hacettepe Universitetinin professor Yusuf Bayraktar, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, ATU rektorunun müşaviri Zülfüqar Musabəyov, ATU-nun tədris şöbəsinin müdiri Samir Cavadov, beynəlxalq əlaqələr şöbəsinin müdiri İkram Rüstəmov, İT şöbəsinin rəhbəri Rəmzi Əliyev iştirak edirdilər.
ATU-nun Mətbuat Xidməti