Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 169 nömrəli tam orta məktəbdə “Əlvida, payız!” adlı tədbir keçirilib.
Məktəbin rəhbərliyinin, rus bölməsinin 2 E sinif şagirdlərinin və valideynlərin iştirakı ilə keçirilən tədbirdə şagirdlər payız fəslini tərənnüm edən şeir və mahnılar səsləndirib, rəqslər və müxtəlif səhnəciklər nümayiş etdiriblər.
Tədbirdə bu gün dünyada yaşanan ekoloji problemlərə diqqət vurğulanıb, uşaqların zehni, ruhi və fiziki inkişafları üçün təbiətin həyati əhəmiyyətindən bəhs edilib. Qeyd olunub ki, təbiət uşaqları bəsləyib böyütdüyü kimi bunun qarşılığı olaraq uşaqlar da təbiətə qayğı göstərməlidirlər.
Şagirdlər bədii tərtibatda payızın rəngləri, bu fəslin meyvə və tərəvəzlərinin xüsusiyyətləri, sağlamlığa təsirləri haqqında məlumat veriblər. Onlar müxtəlif geyim və obrazlarla tədbir iştirakçılarında xoş təəssürat yaradıblar.
Tədbirdə şagirdlərin payız fəslinə həsr etdikləri əl işlərindən ibarət sərgi də nümayiş olunub.
Sonda tədbirdə fəallıq göstərən şagirdlər təltif edilib.
Tehsil-press.az