“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə bu qurumun, Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal Rayon Polis İdarəsinin, YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının, Azərbaycan Tibb Universitetinin, Təlimə Dəstək Mərkəzinin, Təhsil İnstitutunun nümayəndələri, məktəb direktorları, müəllim, şagird, valideyn və psixoloqlar iştirak ediblər.
BŞTİ-nin tabeliyindəki 18 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə təhsil müəssisəsinin direktoru Rəna Süleymanova “Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsinin təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində qalib layihələrdən olduğunu bildirib. Direktor layihə çərçivəsində görülən məqsədyönlü işlərdən danışıb.
Çıxış edənlər layihənin məqsədi barədə ətraflı məlumat veriblər. Bildirilib ki, uşaqların cinsi aspektdə yaş psixologiyaları və fiziologiyalarına uyğun maarifləndirilməsi, bu sahədə məlumatsızlığın yaratdığı problemlərin aradan qaldırılması, cinsi tərbiyənin verilməsində valideyn, müəllim və məktəb psixoloqlarının fəaliyyətinin əlaqələndirilməsi əsas məqsədlərdəndir.
Tədbirdə şagirdlər ədəbi-bədii kompozisiyalarla çıxış edib, şeirlər söyləyib, mahnılar oxuyublar.
Layihə çərçivəsində həyata keçirilən təlimlərdən, aparılan tədqiqat işlərindən bəhs edən hesabat xarakterli videoçarx nümayiş olunub.
Tədbir məktəblilərin hazırladığı fləşmob ilə başa çatıb.

BŞTİ-nin Mətbuat Xidməti