Məktəbdə bayram tədbiri: “Xoş gəlmisən, Yeni il!”

Məktəbdə bayram tədbiri: “Xoş gəlmisən, Yeni il!” Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki S.Məhərrəmov adına 106 nömrəli tam orta məktəbdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən “Xoş gəlmisən, Yeni il!” mövzusunda bayram tədbiri keçirilib.
Məktəbin direktoru Təranə Qasımova əlamətdar günlər münasibətilə məktəbliləri təbrik edib və onlara gələcək təhsillərində uğurlar arzulayıb.
Məktəbin ibtidai sinif müəllimi Səidə İbrahimova Yeni ilin dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi Azərbaycanda da insanların məişətinə daxil olduğunu bildirib. O, həmrəylik gününün ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaqda, onlar arasında birlik yaratmaqda mühüm rol oynadığını vurğulayıb.
Sonra uşaqlar şeirlər söyləyib, mahnı oxuyub səhnəciklər nümayiş etdiriblər.
Tədbir qəsəbədəki “Cırtdan park”ında nağıl qəhrəmanları ilə keçirilən görüşdə müxtəlif oyun və viktorinalarla başa çatıb.

Təhsil-press.az

Oxşar xəbərlər